Bakıya gələn prezidentlərin ən sevimli yeri – FOTO

24.06.2015 - 09:44
818143_461489Azərbaycana gələn qonaqların ən çox üz tutduğu məkanlardan birincisi qədim İçərişəhərdir. Əcnəbilər burda qədim Bakı ilə tanış olmaqla bərabər, həm də milli təamlarımızın dadına baxırlar. Axşam saatlarında burada müxtəlif ölkələrdən gələn turistləri görmək mümkündür.
Ölkəmizdə olan əcnəbi qonaqlar paytaxtın müxtəlif gəzməli-görməli yerlərində olurlar. Ancaq bir yer də var ki, yolu paytaxtımızdan keçənlər mütləq bura baş çəkirlər. Xarici ölkələrin prezidentləri, hökumət nümayəndələri bura gələrək Azərbaycan çörəyinin dadına baxırlar.
Azərbaycana gələn prezidentləri, UNESCO rəhbərlərini, xeyli sayda turisti qonaq edən bu məkan – “Sehirli təndir” əcnəbilərin sevimli yerinə çevrilib. Milli xörəklərimizi hazırlayan Həqiqət xanım Soltanova deyir ki, gələn qonaqlar çörəyin dadına baxdıqdan sonra özləri ilə də aparırlar: “İlham Əliyev gəlib, Mehriban xanım Vyetnamın prezidenti və xanımı ilə gəlmişdi. Çox prezidentlər gəlib. Putin gəlmişdi. Çörəyimizi yedi, çox bəyəndi. İspaniyadan, İngiltərədən, ABŞ-dan gəlirlər. Çox bəyənirlər”.
Həqiqət xanım deyir ki milli yeməklərimizi bəyənən qonaqlar təndirçi xanımların birini İspaniyaya dəvət ediblər: “İspaniyadan qonaqlar gəlmişdi. Onlar çörəyimizi bəyənmişdilər. İndi bunları qonaq çağırırlar. Bizim öz çörəyimizi orada təqdim etmək üçün. Qonaqlar ən çox təndir çörəyini, düşbərə, kabab və plovları çox bəyənilər”.
 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27115

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031