Azərbaycan Formula 1 yarışlarına 86 milyon dollar xərcləyəcək

24.06.2015 - 10:10

518840_4614972016-cı ildə Formula 1 yarışlarının mərhələlərindən biri Bakı küçələrində keçiriləcək.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkə gənc pilotları fəal şəkildə dəstəkləyəcək, o, həmçinin gələcəkdə milli komandanın yaradılmasını da istisna etməyib.

“Əlbəttə, biz istərdik ki, mərhələlər bizim bayrağımızın altında keçirilsin, yarışlarda bizim pilotlar, komanda və sponsorlar iştirak etsinlər, – Azərbaycanın gənclər və idman naziri deyir. – Bu layihədə çox böyük potensial görürük.

Əminəm ki, bir müddətdən sonra biz bu layihə ilə fəal məşğul olacağıq. Şübhə etmirəm ki, nüfuzlu yarış seriyasında iştirak etmək ölkəmiz üçün maraqlı olardı”.

Nazir həmçinin gələcəkdə yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.

2016-cı il mərhələsinə gəldikdə isə, o, əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.

Hələlik Formula 1 yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridir.

“Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün bir 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”, – deyə, Azad Rəhimov bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27124

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031