Azərbaycanda doğuş faciəsi

24.06.2015 - 11:14

dGoranboyda doğuş zamanı faciə baş verib. ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, Goranboy rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ana və körpə ölüb.

Xəstəxanaya daxil olan 1983-cü il təvəllüdlü Nəcibə Aslanovanın halı yaxşı olmayıb. Müayinə zamanı məlum olub ki, qadının bətnindəki körpə ölüb. Qadın qeysəriyyə əməliyyatı olunub. Əməliyyatda bir neçə saat sonra qadının vəziyyəti daha da pisləşib və o da dünyasını dəyişib.

Faktla bağlı Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, baş verən ölüm hadisəsilə bağlı araşdırmalar aparılacaq.

Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyası tərəfindən aparılacaq araşdırmalardan sonra, faktda həkim səhlənkarlığının olub-olmaması və ölümün səbəbləri məlum olacaq.

Qeyd edək ki, məsələ ilə bağlı xəstəxanın şöbə müdiri İradə Həsənova modern.az saytına açıqlamasında qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib. “Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Məmmədəva Şəhla həkim tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi. Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç yerə müraciət etməyib. Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili bura gətiriblər”.

Şöbə müdiri bu hadisə nəticəsində xəstəxanada dava olması, polisin müdaxilə etməsi faktını inkar edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031