Sarkisyan çətin durumda, etirazlar qızışdı – Canlı yayım

24.06.2015 - 11:45
img1842178İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən imtina ediblər.
Bu barədə AzVision.az “Novosti – Armeniya”ya istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Sarkisyan nümayişçilərdən ibarət 2-3 nəfərlik qrupu qəbul etməyə hazır olub. İrəvan polisinin rəis müavini Valeriy Osipyan bu barədə aksiya iştirakçılarını məlumatlandırıb.
Lakin koordinasiya qrupu bəyan edib ki, onlar Sarkisyanla görüşdən imtina edirlər və prezidentin birbaşa efirdə İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyanın elektrik enerjisinin tariflərinin qaldırılması üzrə qərarını ləğv etməsini istəyirlər.
Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27134

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728