Avropa Oyunlarının Bağlanış Mərasimi günü bu yollar bağlanacaq – SİYAHI

24.06.2015 - 12:01
247759_461509Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
NİİM-dən FaktXəbər-ə verilən məlumata görə, 28 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bağlanış Mərasimi günü aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat16.00-dan gecə saat 2.00-a qədər məhdudlaşdırılacaq:
– Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi
– Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi
Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.
Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.
Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumat üçün aşağıda qeyd olunmuş mənbələrə müraciət edə bilərsiniz:
– www.baku2015.com
– Bakı 2015 Tamaşaçılar üçün Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
– Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az), Facebook səhifəsi və Məlumat Mərkəzi də daxil olmaqla, NİİM-in məlumat kanalları

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27146

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728