Emin Ağalarovun biznes imperiyası
Milyarder Araz Ağalarov biznesinin bir hissəsini oğlu Eminin idarəçiliyinə verib. ANS PRESS-in məlumatına görə, “Crocus Group” şirkətlər qrupunun prezidenti özü bu barədə Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində deyib.
Hazırda tanınmış bəstəkar-müğənninin tabeçiliyində “Vegas” ticarət-əyləncə kompleksi, “Restaurants by Crocus Group” brendi altında 23 restoran, “Crocus City Moll” ticarət kompleksi, eyniadlı konsert zalı, “Vegas City Hall” konsert zalı, Azərbaycanda, Nardaranda “Sea Breeze Resort” layihəsi və digər obyektlər var.
“O pulları idarə edir – konsert zalının 1 gününün icarəsi 1,5 milyon rubldur. Kremldəki konsert zalının da icarəsi təxminən o qədərdir. Orada yer azdır – 4800, Krokus Sitidə isə – 6200. Zal ilboyu yetərincə məşğuldur, icarəyə götürənlər çoxdur” – deyən Araz Ağalarov, oğlunun restoran biznesinin daha gəlirli olduğunu vurğulayıb.
Araz Ağalarov oğlunun tikinti biznesilə məşğul olmamasına gülərək aydınlıq gətirib: “Emin tikinti biznesilə məşğul olsa, o zaman mənim üçün iş qalmayacaq. Gərək onda pensiyaya çıxam. Mənim üçün tikinti asandır. Konseptual görüşlər keçirmək və icarədarların seçimini aparmaq mənə görə daha qəlizdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=27187