İbrahim Nehrəmlinin haram əməli – Şeyxin idarəsindən fitva
QMİ Hacı İbrahim Nehrəmliyə konyakı haram buyurdu…
Hacı Fuad Nurullah: “Hər bir insan öz əməlinə görə məsuliyyət daşıyır”
“Əgər müsəlmandırsa, ona spirtli içki qəbul etmək dinə görə haram sayılır”
Xəbər verdiyimiz kimi “Avesta” Şirkətlər Qrupunun rəhbəri Hacı İbrahim Nehrəmli verdiyi son müsahibələrindən birində hər gün 100 qram konyak içdiyini deyib. Müqəddəs torpaqları ziyarət edən bir şəxsin Allahın haram buyurduğu spirtli içkini qəbul etməsi cəmiyyətdə və mediada birmənalı qarşılanmayıb…
Moderator.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı alim Hacı Fuad Nurullah İslam qaydalarına görə, spirtli içki qəbulunun hər bir müsəlman üçün günah olduğunu deyib: “İlk öncə onu deyim ki, hər bir insn öz əməlinə görə məsuliyyət daşıyır. Kiminsə konyak, hansısa spirtli içki qəbul etmək məsələsinə gəldikdə isə fərqi yoxdu Hacı, Məşədi olsun. Kim olursa olsun, əgər müsəlmandırsa, ona spirtli içki qəbul etmək dinə görə haram sayılır.”
Short URL: http://www.cumhuriyyet.net/?p=27190