AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi

25.06.2015 - 12:26

99643_res_01Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib.

APA-nın xəbərinə görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=27234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728