Fikrət Əmirovun oğlu İlhamənin cavabını verdi: “Havalanıb, özünü həkimə göstərsin” – VİDEO

25.06.2015 - 17:17

rrFikrət Əmirovun “Neyləmişəm” mahnısı üstündə dava səngimək bilmir. Mahnının müəllifi Fikrət Əmirovun oğlu Cəmil Əmirovun Publika.az-a açıqlama verərək mahnıların İlhamə Quliyevaya heç bir adiyyəti olmadığını bildirməsi primadonnanı özündən çıxarıb.

Hazırda Avropada dincələn İ.Quliyeva ölkə.az-a açıqlama verərək Cəmil Əmirova ultimatum göndərib: “Əsərin hüquqları kimdə olur olsun, mənim səsim üçün yazılıb. Mən heç vaxt buna icazə verməyəcəyəm. Cəmilin də hüququ çatmır. O yox, atası yazıb və mənim mülkiyyətimdir. Dünya dağılsa da, verməyəcəyəm. Heç kəsin buynuzu gicişməsin”.

Ultimatumdan əsəbiləşən Cəmil Əmirov bununla bağlı publika.az-a açıqlama verib: “Bu qadın havalanıb, getsin özünü həkimə göstərsin. Nə danışdığını özü də bilmir. Nəinki bu mahnını, atamın bütün əsərlərini təkcə Brilliant Dadaşova yox, istənilən müğənni oxuya bilər. Fikrət Əmirovun varisi kimi mən buna icazə verirəm. Dəxli yoxdur. Müəllif Hüquqları Agentliyi bununla bağlı danışacaq, ya susacaq, özləri bilər. Brilliant da bu mahnını oxuyub, əcəb eləyib. Bu, gülməli söhbətdir. Gülməli də yox e, analoqu olmayan dəlixana söhbəti”.

Cəmil Əmirov baş verənlərdən sonra İlhamə Quliyeva ilə məsələni öz aralarında həll edəcəkmi? C.Əmirov bunun mümkünsüz olduğun bildirib: ”O kimdir axı, mən ona zəng edib, nəyəsə aydınlıq gətirim. Heç onun da mənə zəng etməsinə icazə vermirəm. Heç vaxt onunla bu mövzuda danışmayacağam. Bir də bu məsələ ilə bağlı məni heç kim narahat etməsin. Həqiqəti söylədim, əlavə heç bir kəlməyə də ehtiyac duymuram”.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27259

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728