Oruc tutanlara məsləhətlər

29.06.2015 - 00:26

rrRamazan ayında iftar və imsak süfrələri normal günlərdən fərqli olaraq, daha zəngin və kalorili olduğundan qidalanma vərdişlərində dəyişiklik olur. Qidalanma vərdişləri dəyişdiyindən oruc tutanlar susuzuluqla yanaşı köpdən də əziyyət çəkirlər. Bəs köp olmamaq üçün nə etməli? Köpdən qurtulmaq üçün nələr edə biləcəyinizi təqdim edirik.

İlk əvvəl iftarı kiçik bir başlanğıcla açmalısınız. Məsələn, zeytun, xurma, quru meyvə, qoz, badam yemək olar. Bol su içməyi də unutmayın. İlıq şorba iftar süfrələrinin əvəzedilməzidir. Yavaş şəkildə 1 kasa yeyin. 15-20 dəqiqə sonra əsas yeməyə keçə bilərsiz. Əsas yemək olaraq ətli, quru paxlalı yeməklər, qızardılmadan bişirilmiş ət, toyuq, balıq yeyin.

Plov, ya da makaron həftədə 2-3 dəfə yeyilə bilər. Kəpəkli düyü, makaron, bulğur plovu ən sağlamı hesab olunur. Yeməyin yanında mütləq 1-2 dilim çörək qəbul edin. Yeməklə yanaşı, hər axşam 1 çay qaşığı zeytun yağı əlavə edilmiş salat da yeyin. Yeməyin ilk anından salatı yeməyə başlayın. Yağlı yeməklər, xəmir xörəkləri, qızartmalar, qovurmalar, sosiska, kolbasa, basdırma kimi yeməkləri süfrədən uzaq tutun.

Axşam iftar süfrələri gündəlik ehtiyac duyduğumuz kalorinin 65%-ni ödədiyi üçün Ramazan ayı boyunca yağlı və ağır yeməklərə üstünlük verənlərin qan xolesterol səviyyəsində istənməyən artımlar olur. Qandakı trigliserit artım Ramazandan sonra özünü göstərir.

Baş ağrısı və halsızlıq problemi yaşamamaq üçün gecə yatmadan əvvəl yemək yeməyin. Gecə qalxıb sadəcə su içib yatmaq da olmaz. Bu halda əzələ problemi olur və maddələr mübadiləsi yavaşlayır. Əlamətlər isə gündəlik hərəkətlərdə yavaşlama, yuxu istəyi, baş ağrısı, halsızlıqla özünü göstərir. Belə halda oruc tutanlar çox tez yorulur və bitkin olurlar. Susuz bədən yorğunluq, əzələ tutulmaları, dəridə quruma, həzm sistemində çətinlik, istilik hissinə səbəb olur. Bunun üçün iftar sonrası mütləq çoxlu su için.

İmsakda ərik yeməyi unutmayın, bu, qəbzlik və köp probleminin həlində sizə kömək edəcək. İmsak bitənə qədər 12-14 stəkan maye qəbul edin.(lent.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=27386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728