Raqub Məmmədova qarşı media təxribatı

29.06.2015 - 00:19

1392945901_qelem-klaviatura-1Bəlkə də bu yazını oxuyanların bir çoxu “dəyməzdi”, “nəyə lazımdı” deyib narazı qalacaq. Amma, əziz oxucu, bir anlıq toxta dur! Axı susmağın qızıl olması haqda məsəl etiraz və ya haqqı qorumaq anlamında işlənməyib. Əksinə haqsızlığa və ədalətsizliyə susmağın özü günahdır.
Nə isə.. Bu girişimizdən sonra birbaşa mətləbə keçək. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov haqda son günlər mətbuatda yazılanlar qarşı tərəfi hərəkətə gətirib və bu hərəkətlənmənin qır-qırıntısından “Etibarsız “etibarlı mənbənin” Ağdam yalanları” başlıqlı bir yazı ortaya çıxıb.(bax: http://ideologiya.az/2015/06/etibarsiz-etibarli-m%C9%99nb%C9%99nin-agdam-yalanlari-oz%C9%99l/) Uzun illər təhlükəsizlik orqanlarında çalışmış və hazırda bir rayona rəhbərlik edən R.Məmmədovun bu yazı ilə birbaşa bağlı olduğunu düşünmürük. Düzdür Raqub müəllim də aydan arı sudan duru məmur deyil və onun necə məmur olması haqda “Raqub Məmmədov: bacarıqsız çekist, uğursuz icra başçısı” başlıqlı yazımızda bəhs etmişik. Amma nə qədər bacarıqsız olsa belə gərək icra başçısı belə təbliğatçılarının qarşısını özü ala. Çünki bu yaşın həyat təcrübəsi gərək ona da bir həqiqəti anlada: öz həmkarlarını bir “malades”ə görə topa tutan sabah həmin məmuru ən azı sərçə sapandı ilə daşlayacaq. Baxın haaa, sonra demədi deməyin…
Keçək yazıya. “Özəl” təyini ilə təqdim olunan (bu bir mövqedir, müəllif yazısıdır və belə hallarda “özəl” başlığının qoyulması media biabırçılığıdır. Adamın özəl yazı fobiyası var yaaa…) həmin yazı belə bir izahatla başlayır: “ Son günlər bəzi internet portallarında Ağdam rayonunda görülən işlərlə bağlı heç bir həqiqətə, fakta və sağlam düşüncəyə sığmayan “qara piar” kampaniyasına start verilib. “Etibarlı mənbə”nin diliylə heç bir etibarı olmayan yalanların tirajlandığı həmin yazılar adamda ikrah doğurmaqla yanaşı, ölkəmizdə kimlərinsə söz azadlığının sərhədlərini aşaraq öz yalanlarının coğrafiyasını genişləndirmək istəyində olduğunu göstərməkdədir”. Roma papasından artıq katolik olmaq budur eeee. R.Məmmədov bir ildən artıqdır ivra hakimiyyətinin başçısıdır. Bu müddət ərzində nə icra başçısı özü, nə də icra hakimiyyəti hər hansı bir xəbərə rəsmi təkzib verməyib. Bəs görən sizdə bu əminlik hardandır ki yazılanlar yalandı? Yoxsa elə yazan elə hədəfin özüdür, özünü başqa cür təqdim edir?
Bəli, cənab başçı bax beləcə Sizi zərbə altına qoya bilirlər. Bir zaman övladınızın bayramı əsgərlər arasında keçirməsini təbliğ edərkən həmin “ayı xidməti”nin nəticəsi yadınızdadırmı? İndi də eyni durumdu. Diqqət edin adam mediaya necə məlumat sızdırır: “Gah iddia etdi ki, Ağdam rayonunda ciddi narazılıqlar var. Gah yazdı ki, guya Ağdamda dözülməz vəziyyət yaranıb və bütün bu problemlər rayon rəhbərliyinin idarəçilik siyasətindən qaynaqlanır….”. Google və bütün axtarış sistemlərin ələk-vələk etdik deyilən mövzularda yazılar yoxdu. Ağdam rayonu və icra başçısı haqda tənqidi yazılarda məmurlararası konflikt, icra başçısına bağlı maxinasiya və rüşvət sistemi, yaxud da nəvəsinə villa alması, oğlunun hərbi sirr qaydalarını pozması kimi mövzular yer alıb. Amma görürsüzmü, Raqub müəllim guya sizin müdafiənizə qalxanlar həmin tənqidçi mediaya hansı pası ötürür: “Ağdam rayonunda ciddi narazılıqlar var …. Ağdamda dözülməz vəziyyət yaranıb…” Buna deyərlər “qarğa məndə qoz var… Hələ bu “qoz”un böyüyü daldadır eeee. Adam yazır: “Ağdamda hansısa gərginlik yox, ölkə rəhbərinə dərin rəğbət, inam hissləri bəsləyən sakinlərin firavan həyatı hökm sürür”. Lənət şeytana! Raqub müəllim bu vaxta qədər hrdasa oxumusuzmu, Ağdamda ölkə rəhbərinə rəğbət və inam yoxdur, ya bu anlama yaxın bir fikri kimsə yazıbmı. Yazmayıb. Amma təbliğatçılarınız dolayısı ilə buna işarə vurur və indi özünüz təsəvvür edin Azərbaycan saytları arasında ip göstəricisinə görə birinci yerdə olan, yəni gün ərzində 100 minə yaxın oxucusu olan bir saytın bu “namyok”unu nə qədər adam oxuyur. Hələ bu harasıdır, görün tərəfdarınız sizə açıqdan açığa neçə rüşvət ittihamı irəli sürür? “Etibarsız “etibarlı mənbə”nin meydan suladığı bəlli saytların və onların başabəla rəhbərlərinin hansı marağa xidmət etdiyi də gün kimi aydındır. İnanın ki, onların Ağdamla bağlı umduqları maddi umacaqlarının bir qismi ödənsəydi, indi həmin saytlarda tamamilə başqa yazıları və yazı başlıqlarını oxuyacaqdıq. Təxminən bu şəkildə: “Ağdam inkişaf yolunda”, “Ağdam – döyüşən və inkişaf edən rayon” və s…” Oxuduzmu? İndi məntiqlə düşünün belə çıxmırmı ki, Ağdamda abadlıq və quruculuq işləri haqda mediada yer alan yazılar əslində reallığı əks etdirmir və yalnız hansısa “ənam”ın müqabilində yazılır? Adam açıqdan açığa buna ehyam vurur eee, hörmətli başçı. Budurmu, sizin etibarlı yazarınız? Belə yerdə deyiblər eeee “Adını soruşdum Etibar dedin…”
Və nəhayət sonda: Bu artıq icra başçısı üçün yox həmkarımız üçündür. Bizim Ağdam haqda tənqidi yazılarımızdan əsəbləşən “təbliğatçı yazar” o qədər əsəbləşir ki, dili topuq vurur: “Həmin “etibarlı mənbə” daha hansı qələtləri (qələt farsca səhv deməkdir –red) qarışdırmadı?” İndi götürüb yazasan ki, “ay gədə”… Gədə farsca oğlan deməkdir haaa…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27392

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930