Boz qurd işarəsi tutan Atatürk – Foto
MHP Ümumi sədrinin otağında Atatürkün boz qurd işarəsi göstərən fotoşəkil asılıb. Axar.az xəbər verir ki, bu barədə ötən həftə MHP-ni ziyarət edən “Cümhuriyyət” qəzetinin ümumi yayım rəhbəri Can Dündar məlumat yayıb:
“MHP ümumi sədrinin divarında Atatürkün çox az gördüyümüz bir fotoşəkli asılmışdı. Ağ köynək geyinmiş Atatürk şəkildə əlini bozqurd işarəsi kimi tutub. Bu fotoşəkil MHP-çilərin Atatürkə baxışını, Dövlət Baxçalının otağındakı 17:25-də dayandırılmış saat isə MHP liderinin sui-istifadələri unutmamaq qərarlılığını ortaya qoyur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=27571