Ağsuda Pirhəsənli mafiyası: Nazirin dayısından şok şikayət – VİDEO

06.07.2015 - 00:01

aqsu3Ağdam rayonundan köçkün düşmüş, hazırda Ağsu rayonu Qaraqaşlı kəndində məskünlaşmış Dilarə İsa qızı Bəndəliyeva cumhuriyyət. az-a şikayət dolu məktub göndərib. Şikayət məktubunu olduğu kimi dəyərli oxucularımıza təqdim edirik:
“Mən Dilarə İsa qızı Bəndəliyeva Ağdam royonunun Mərzili kənd sakiniyəm. Biz Qarabağ müharibəsi vaxtı köçkün həyatı yaşadıq və 1991 ci-ildən Ağsu rayonu Qaraqaşlı kəndində məskunlaşmışıq. Bizim ailəmiz on bir nəfərdən ibarət idi. Həyat yoldaşım 2013 cü-ildə dünyasını dəyişib. Qızımın biri köçüb. Bir qızımın həyat yoldaşı dünyasını dəyişdiyi üçün bir uşaqla hazırda mənim himayəmdə yaşamağa məcburdur. Oğlum xəstədir, 3-cü qrupa görə ayda dövlətdən 43 manat təqaüd alır. Mən bu problemlərlə bağlı dəfələrlə Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qəbulunda olmuşam. Mən Ənvər müəllimdən uşaqlarım üçün iş istəmişəm. Xahiş etmişəm ki, övladlarıma iş verin işləsinlər, heç kimə möhtac olmasınlar. Mən həm də icra başçısından xahiş etmişəm ki, evim başıma uçur. Xahiş edirəm mənə yeni ev tikilməsi üçün, ya təmir üçün köməklik etsinlər. Ənvər müəllim hər dəfə mənə yağlı vədlər verib və yola salıb. Yaşadığım bu evimdə deputatımız Ərəstun müəllim, Ağsu mtn-ninin rəisi gəliblər və evin vəziyyətinə baxıb bolluca vəd verib gediblər. Bu adamlar elə o vaxt gedən oldular. Sonradan heç bir maraqlanan olmadı. Mən yaşadığım dözülməz vəziyyətə görə dəfələrlə ayrı-ayrı dövlət instansiyalarına şikayət etmişəm. Eyni məsələyə görə ans telekanalına çıxıb danışmışam. Buna görə icra başçısı Ənvər müəllim bir neçə qadını öyrədib məni şərləyiblər. Güya mən həmin qadınlardan 22 min pul almışam və qaytarmamışam. Eyni zamanda güya demişəm ki, mənim prezident adminstrasiyasında hansısa qohumum işləyir. Ağsu məhkəməsi icra başçısının sifarişi ilə mənim iştirakım olmadan əleyhimə 22 min pulun ödənilməsi ilə bağlı ədalətsiz qərar çıxardıb. Mən heç kimdən pul almamışam. Axı evi başına uçan, gündəlik qarın çörəyini təmin edə bilməyən bir kəsə kim bu qədər pul verər? Gülünc deyilmi? Məhkəmənin qərarından sonra mən yenidən icra başçısının qəbuluna getdim və Ənvər müəllimə dedim ki, bu nə oyundur başıma açırsınız?Axı mənə qarşı ədalətsizlik edirsiniz. Mən uşaqlarıma iş istədim vermədiniz. Evimin tikilməsini ya təmirini sizdən xahiş etdim bunu da etmədiniz. Ənvər müəllimə dedim ki, siz yaxşı bilirsiniz ki, mən bütün Ağsunu çörək pulu üçün dilənirəm. Siz mənə qarşı niyə belə allahsızlıq etdiniz?Həmin görüşdə rayon prokuroru və polis rəisi də var idi. Mən bildirdim ki, prokuror, rəis də buradadır , qoy onlar işin nə yerdə olduğunu araşdırsınlar görək mən kimdən pul almışam. Axı mən kiməm ki, mənə bu qədər pul versinlər. Prokuror Ənvər müəllimin yanında məni hədələyir ki, səni həbs elətdirəcəyəm, sən o pulu verməlisən. Söhbət hansı puldan gedir hələ də baş aça bilmirəm. Müəyyən şəxslər var ki, sağ olsunlar mənə çörək almaq üçün yardım edirlər. İnanın, onlar olmasa bizlər acından ölərik. Hazırda 3 gündür ki, evimdə quru çörək yoxdur. Uşaqlar acdır, bilmirəm haradan necə çörək alım. Ənvər müəllim əvvəllər də məni hədələmişdi ki, sən bir də şikayət etsən, səni həbs elətdirəcəm. Həyat yoldaşım da belə haqsızlıqlara dözməyərək ürəyi partlayıb öldü. Hazırda bu uçuq daxmada yaşayan kimsəsiz qadını həbs elətdirməklə hədələyirlər. Bir neçə dəfə gecə vaxtı Ağsu polisi evimə basqın edib bizləri döyüb təhqir ediblər. Bütün bu zakazları icra başçısı Ənvər Seyidəliyev edir. Mən cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, bu işlə bağlı bir ölçü götürsün. Qoy prezident bilsin ki, bu əmin-amanlıq dövründə Azərbaycanın Ağsu rayonunda quru çörəyə möhtac olan ailə var. Qoy cənab prezident bilsin ki, Ağsu rayonunda icra başçısı işini-gücünü atıb kimsəsiz bir qadına qarşı savaşa girişib. Budurmu köçkünlərə dövlət qayğısı? Evimin döşəməsi tamamilə çürüyüb, evə ilan-qurbağa girir. Doqquz yaşlı nəvəm evdəki nəmişlikdən vərəm xəstəliyinə tutulub. Deputat Ərəstun müəllim burada olub evə baxış keçirəndə yağış yağırdı və o gördü ki, yağan yağış evin içinə tökülür. Ancaq o gedən oldu. Bəyəm bu cür hərəkət hansı insanlığa yaraşır? Cənab prezident, sizin məmurlarınız iş görmürlər, yalnız özləri üçün işləyirlər. Heç bir vətəndaşın qeydinə qalmırlar. Mən son vaxtlar yanımda məftil və uksus gəzdirirəm. Fikirləşirəm ki, əgər polis yenidən evimə basqın etsə, ya özümü elektrik cərayanına verib, ya da ki, uksus içib intihar edəcəyəm. Daha dözə bilmirəm. Biz hansı dövrdə yaşayırıq? Hardadır neftin-qazın pulları? Hardadır bu ölkənin milyardları? Bu cür varlı ölkənin vətəndaşı belə yaşayarmı? Mənim işimi məhkəməyə verməmişdən öncə müstəntiq, səhv etmirəmsə onun adı Samir idi, işi araşdırıb iş sübut olmadığı üçün xitama vermişdi. Ancaq icra başçısı yenidən bu işi qurdalayıb bu vəziyyətə çatdırdı. Mənim qızlarım qadın xeylağıdır. Kimə desinlər ki, mənə çörək al, ya çörək pulu ver. Adama nə deyərlər, haqqında nə fikirləşərlər? Mən nə demişəm ki, xahiş etmişəm ki, onlara iş verin işləyib dolansınlar. Bu məsələni lazım idimi ki, bu qədər şişirtdilər?Açıqca bilinir ki, Ənvər müəllim məndən qisas almaq istəyir. Vəzifəli şəxsin, səlahiyyət sahibinin kimsəsiz bir qadına qarşı bu elədikləri acizlik əlaməti deyilmi? Yəni ki, buradan bir nəticə hasil olur ki, icra başçısının əlindən heç bir yaxşılıq gəlmir. Bu adam yalnız pislik etmək üçün yaranıb. Bir müddət öncə prezident adminstrasiyasından Ağsuya nümayəndə gəlimişdi. Məni onun qəbuluna buraxmadılar. Polis məni həmin gün girov götürdü və əraziyə buraxmadı. Ağsunun prokuroru, polis rəisi, icra başçısı Ənvər Seyidəliyevin göstərişi ilə əlbir olub məni təhdid edir, həbs edəcəkləri ilə hədələyirlər. Burada polis və prokurorluq qanundan kənar olaraq istənilən şəxsi təhdid və təhqir edir, hətta istədikləri vaxt üzünə adam durğuzdurub həbs edə bilirlər. Qızımın biri zibilliklərdən butulka yığıb satır və çörək alır. Budurmu qüdrətli ölkə? Rayonda hansı məmurun yanına gedirsənsə deyir ki, get-kimə istəyirsən şikayət et. Mən Pirhəsənliyəm, mənə nə edə bilərsən? Nazir Səlim Müslümov da dayısı Ənvər Seyidəliyev də Pirhəsənlidir. Nazirin adından istifadə edib insanlara zülm edirlər. Rayonda bütün idarə və müəssisələrdə rüşvət baş alıb gedir. İcra başçısı bütün postlara Pirhəsənliləri yerləşdirib. Bir sözlə rayonda Pirhəsənli mafiyası at oynadır. Mən burada qəribəm. Heç kəsim yoxdur. Mən şəxsən cənab prezidentdən, birinci xanımdan kömək istəyirəm. Bizi Ənvər Seyidəliyevin zülmündən, basqısından qoruyun. Yoxsa ailəliklə intihar etməkdən başqa yolumuz qalmayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27632

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728