ŞOK! Şamaxı icra hakimiyyətində “erkən nigah”ların hamisi – 500 manata…

06.07.2015 - 00:25

Fəaliyyəti heç bir hüquqi normaya uyğun gəlməyən hüquq şöbəsinin müdiri Nəsimi Manafov nəinki rayon sakinlərinin problemlərinin həllinə yardımçı olur, əksinə onlara əlavə problemlər yaşadır

samaxiDövlət məmurlarının birinci borcu ona göstərilən etimadı layiqincə yerinə yetirərək üzərinə düşən vəzifələri həyata keçirməkdir. Əslində hər hansı bir vəzifə kimlərəsə şəxsi ambisiyalarını təmin etmək üçün deyil, xalqa xidmət etmək üçün tapşırılır. Təəssüf ki, özünü tutduğu vəzifədə əbədi sayan, səlahiyyətlisi olduğu sahənin “kiçik padşahı” hesab edən bir sıra məmurların fəaliyyəti yuxarıda sadaladığımız kriteriyalara tamamilə ziddiyyət təşkil edir. Əslində belələrinin əməlləri daha çox cənab prezidentin siyasi kursuna vurulan zərbə hesab edilməlidir.
Redaksiyamıza çoxsaylı şikayətlər edən Şamaxı sakinlərinin narazılığı da bu qəbildəndir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Şamaxı rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Nəsimi Manafov öz əməlləri ilə rayonda əməli başlı “ad qazanıb”. Fəaliyyəti heç bir hüquqi normaya uyğun gəlməyən hüquq şöbəsinin müdiri nəinki rayon sakinlərinin problemlərinin həllinə yardımçı olur, əksinə onlara əlavə problemlər yaşadır. Rayondan verilən məlumatlara görə artıq özünü gələcək icra başçısı postunda görən N. Manafovun indidən qəbuluna düşmək böyük müşküldür. Hələ sabiq icra başçısının dövründə bir çox qanunsuzluqlara imza atan N. Manafov rayonda erkən nigahların “hamisi” kimi tanınıb. Yüzlərlə belə gənclərə saxta sənədlər verən məmurun qazancı da pis olmayıb. Rayondan verilən məlumatlara görə hüquq şöbəsinin müdiri belə sənədlərin hər birinə 500 manatdan başlayan qiymətlərlə imza atıb. Əməllərinin cəzasızlığını görən N. Manafov daha böyük əməliyyatlara can atır. Sakinlər bildirirlər ki, əgər onun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılarsa, hüquq şöbəsinin müdirinin hüquq pozuntularının ağlasığmaz miqyası üzə çıxa bilər. Şikayətçilər cumhuriyyet.az-a bildirirlər ki, “gələcək icra başçısı” rayon sakinləri ilə qaba, kobud rəftarına görə də xüsusilə fərqlənir. Qəbuluna gələnləri görməyə gözü olmayan N. Manafov problemi üçün şikayət edənləri az qala “xalq düşməni” hesab edir. Ancaq heç kim bilmir ki, bu səlahiyyətləri ona kim verib ki, N. Manafov özünü Şamaxının sahibi-ixtiyarı kimi aparır.
Rayon sakinləri bildirirlər ki, belə “toxunulmazlıq” mühitindən doğan mənəm-mənəmlik N.Manafovu gələcək projelərini həyata keçirmək məqsədilə yaşı çoxdan keçmiş yaxınlarını “ölü ştat” kimi Birinci Çaylı ümumtəhsil məktəbinə yerləşdirmiş, dövlət büdcəsinə külli miqdarda ziyan vurmuşdur. Şikayətçi olan rayonun digər sakini cumhuriyyet.az-a özünün ali təhsilli hüquqşünas olduğu halda iş tapa bilməməsindən gileylənir. Belə ki, özünün haqlı olduğunu, N. Manafovun həmin posta layiq olmadığını, əslində o posta ixtisaslı hüquqşünasın işləməsinin zəruriliyini vacib sayır. Redaksiyamıza çoxsaylı şikayətlər ünvanlayan Şamaxı sakinləri təcili tədbirlər görülməzsə Manafovların rayonda ciddi narazılıq formalaşdıracağını bildirirlər. Ölkənin mühüm siyasi hadisə-parlament seçkiləri ərəfəsində olduğu bir dövrdə belə fəaliyyətin nəyə hesablandığını isə düşünmək çətindir. Bu daha çox oturduğu ağacın budağını kəsməyə bənzəyir. Bunu isə kimliyindən asılı olmayaraq heç kimə bağışlamazlar!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27657

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930