Polad Ələmdar Azərbaycan xalq artistinə borclu qaldı: söz verdi pul vermədi

06.07.2015 - 00:39

polad5Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov mahnılarından danışıb. Publika.az-a açıqlama verən sənətkar yüzdən artıq mahnısının olduğunu və bu mahnıları müğənnilərin təmənnasız oxuduğunu dilə gətirib:

“Bəzən mənə deyirlər ki, niyə mahnılarına görə müğənnilərdən pul almırsan, bu, sənin halal haqqındır. Mən bu sözlərə görə onlara etiraz edirəm. Cabbar Qaryağdıoğlunun dillər əzbəri olan mahnıları vardı. Bir gün Üzeyir Hacıbəyli ona deyir ki, bu mahnılara görə müğənnilər sənə qonorar ödəməlidirlər. Cabbar əmi etiraz edir. Mən də həmişə demişəm ki, mahnılarımı xalqıma bağışlamışam, kim istəyir – oxusun. Yüzdən artıq mahnım var, 50 ildir ifa olunur. Hələ bir müğənnidən bir qara qəpik də almamışam”.

Xanəndənin bir təmənnası var. Deyir ki, mahnılarımı oxusunlar, amma pis kökə salmasınlar.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl xanəndənin məşhur “Dəşti” təsnifi Türkiyədə çəkilən “Kurdlar Vadisi Pusu” serialında səslənmişdi. Buna görə xanəndəyə pul ödəniləcəyi vəd olunsa da, nəticə olmamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=27680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728