13 yaşlı azərbaycanlının şok ixtiraları: beyin xərçənginin müalicəsi və… – VİDEO

06.07.2015 - 11:16

rrİnsan əli bir kağız kimi işığı ötürücü vasitəsi ilə robota göndərir, robotun ultrabənövşəyi şüaları işığı görür və insan əlinə ötürür, ultrabənövşəyi şüalar insan əlinə çatan kimi yenidən robotun ötürücüsünə qayıdır və o, həmin yerdə obyektin olduğnu müəyyən edir. 13 yaşlı İkram Qabiyevin ixtira etdiyi bu robot İnformatika Layihə Olimpiadasında təqdim ediləcək.

Lakin ixtiraçının əsas proekti hələ qarşıdadır. 9-cu sinif şagirdi müalicəsi çox vaxt mümkün olmayan beyin xərçənginin yeni müalicə üsulunu ixtira etməyə iddialıdır. İlk dəfə amerikalı alimin irəli sürdüyü bu üsul cəmiyyət tərəfindən birmənalı qarşılanmadığından, elə nəzəriyyə olaraq qalıb. Lakin 13 yaşlı ixtiraçı bu proekti davam etdirmək niyyətindədir.

Artıq o, yeni “ximera” adlı virusu ixtira etmək məqsədi ilə Bakı Dövlət Universitetinin müvafiq laboratoriyasından istifadə etmək üçün razılıq da alıb. İkram Qabiyev deyir ki, xərçəng xəstəliyinə aid kifayət qədər məlumat toplayıb. Onun sözlərinə görə, üzərində işlədiyi üsul xərçəng xəstəliyinə düçar olan hüceyrələrdə formalaşan maddəni məhv edəcək.

İkram Qabiyev yeni ixtirasını ilin sonuna kimi tamamlamağı planlaşdırır. Gələcəkdə isə daha mürəkkəb bir proekt – kompüter və bəzi elektron cihazlarda istifadə edilə biləcək süni intellekt proekti üzərində çalışacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=27728

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728