Azərbaycanlı Olimpiya çempionu millinin pulunu ailə üzvlərinə xərcləyir

10.07.2015 - 00:37

rr“Azərbaycan Atıcılıq Federasiyasının baş məşqçisi İradə Aşumova idmançıları yarışlara buraxmır, federasiyaya gələn gəliri ancaq öz ailə üzvlərinə xərcləyir”. Federasiyanın yığma komandasının üzvlərinin aznews.az-a göndərdikləri müraciətdə belə deyilir. Federasiyanın idmançıları İ.Aşumovanı idmançıların inkişafına mane olmaqda təqsirləndirirlər. Daxil olan müraciətdə deyilir ki, İ.Aşumova komandaya baş məşqçi təyin olunandan sonra güllə atıcılığı üzrə idman yarışlarına özü, oğlu Ruslan Lunyov və iki yaxın qohumundan (əri və bacısı qızı – red.) başqa idmançıları göndərmir. İdmançıların iddiasına görə, onların Bakıda keçirilən ilk Avropa Oyunlarına qatılmamalarının səbəbkarı da Aşumovadır. Komandanın idmançılarından olan Xəyalə Hüseynli açıqlamasında İradə Aşumovanın komandadan getməsini, yerinə daha obyektiv baş məşqçinin gətirilməsini tələb etdiklərini deyib:

“Bu yaxınlarda İradə xanımın müsahibəsini oxudum, deyib ki, ilk Avropa Oyunları bizim ana-oğul çıxış etdiyimiz ilk yarışdır. Amma yalan deyir. Bu vaxta kimi onların ana-oğul qatıldıqları yarışları faktlarla sübut edə bilərik. Dövlət hesabına bütün dünyanı gəzirlər. Əlimizdə faktlar da var. Onlar ana-oğul 97 ən böyük yarışa qatılıblar. Kiçik və orta yarışları da hesablasaq 200-300-ü keçər. Həyat yoldaşı Vladimir də ki məşqçi kimi onlarla bir yerdə bütün dünyanı gəzir. Təzəlikcə də bacısı qızı peyda olub ki, onun da atıcılıqdan heç bir anlayışı yoxdur. Avropa Oyunlarında da biabırçı nəticə göstərdi, halbuki digər potensiallı idmançılarımız çıxsaydılar, daha yüksək nəticələr göstərib, ölkənin adını yüksəldərdilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27896

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031