Bəzi banklar bağlana bilər

13.07.2015 - 13:19

img1855572Samir Əliyevin fikrincə, yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların şahidi ola bilərik

“Mərkəzi Bank iyulun 13-də uçot dərəcəsini 3.5%-dən 3%-ə endirdi. Uçot dərəcələrinin dəyişməsi dövri olaraq baş verir. Uçot dərəcəsi sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub. 2011-ci ilin mayına kimi tədricən 5.25%-ə qədər qaldırılıb, sonra yenidən üzüaşağı gedib. Uçot dərəcələri dəfələrlə aşağı salınıb, ancaq kredit bazarına təsir olmayıb”.

ANS PRESS-in məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin sözlərinə görə, hələ 2008-2009-cu illərdə uçot dərəcəsi 15%-dən 2%-ə endirilsə də kredit faizlərində azalma baş verməyib. Halbuki ABŞ, Avropa və Yaponiyada uçot dərəcəsinin 0,25% dəyişməsi kifayətdir ki, bazarda canlanma yaradasan. Azərbaycanda oxşar təsirlər baş vermir:

“Ona görə də Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq. Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyardan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17%-dən 21%-ə çatıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir. Ancaq məhdud sayda banklar üçün Mərkəzi Bankı dəstəyi əlçatandır”, – deyə S.Əliyev söyləyib.

S.Əliyevin fikrincə bazarda kreditlərin ucuzlaşmasını istisna etmir. İqtisadçı kreitlərin ucuzlaşmasının heç də uçot dərəcəsinin azaldılmasına görə olmayacağını söyləyib. Onun fikrincə, artıq 2 səbəb mövcuddur:

– Tələbatın kəskin azalması və bankların dollar bolluğundan “əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılası

– Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması.
Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadlarıdır. İkinci isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq”.

İqtisadçı hesab edir ki, bank sektorunu qarşıda ağır sınaqlar gözləyir: “Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təyziqlər artıb. Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların və hətta bir neçə bankın bazarı tərk etməsinin (başqa banka birləşmə də ola bilər) şahidi olacağıq”, – deyə S.Əliyev əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28046

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728