Ərdoğanla millətçilərin “uyğur sevgisi”nin qaranlıqları

13.07.2015 - 23:55

102173_res_01(Yaxud uyğurlar “cihad”ın “top əti” rolunda)

Son günlər Çində yaşayan uyğurların problemlərinin dünya gündəmində aktuallaşdırılması ilə diqqət çəkdi.

Hadisələrin episentri Türkiyə oldu. Millətçilər dəfələrlə çinlilərlə qarışıq salıb koreyalıları və yaronları döydü, səhvən türklərə məxsus yeməkxanaları yandırdı, Tailandın İstanbualdakı konsulluğuna hücum çəkdi…

Ən absurd aksiya isə Beşiktaşdakı tarixi “Çinili Firin”i “Çinli Firin” kimi oxuyub etiraz aksiyası düzənləyən millətçilərin fəxarətli fotolarının sosial şəbəkələrdə yayılması oldu.

Şərh yazanların bir hissəsi gözlərinə inanmadıqlarını yazaraq bunu “imbesillik”, “yenə də yanıldılar”, “gerizəkalılıq” adlandırdı.

Bir sözlə, uyğurlar uğrunda sərgilənən aksiyalar həm məzmununa, həm də miqyasına görə qeyri-adekvatlığı ilə yadda qaldı (hətta Bakıda da Çin səfirliyi qarşısında etiraz aksiyası keçirildi).

Əlbəttə, Çində uyğur problemi var (necə ki, ABŞ-da hindu və zənci problemi var). Hər Ramazan ayında bu, Türkiyədə yenidən gündəmi zəbt edir. Üstəlik, sirr deyil ki, Sintszyanda yaşayan müsəlman kəsimdə separatçılıq hisslərini gücləndirmək üçün istər Qərb, istərsə də Türkiyə çoxlu əziyyət və enerji sərf edir. Çünki Çini daxildən sarsıtmaq üçün uyğurlar güclü “kart”dır. Ancaq indi baş verənlərin fonu bir qədər fərqlidir.

Söhbət ondan gedir ki, uyğurlar son bir ildə Suriyada “İŞİD”in kadrlarla təmin etmək üçün Ərdoğan hakimiyyətinin başlatdığı yeni oyunun qurbanlarıdır. Yəni emissarlar mütəşəkkil cinayətkar şəbəkə kimi fəaliyyət göstərərək Çindəki uyğurları Türkiyəyə gətirir, oradan isə “cihad”a (həm də məhz “İŞİD”in tərkibinə) yollayırlar. Orada isə onların əksəriyyəti məhz kamikadze kimi istifadəyə buraxılır (Suriyada kamikadzelər arasında uyğurların faizi çox yüksəkdir).

Bu, Ərdoğan hakimiyyətinin uyğurların qayğısını çəkdiyinə dair mifləri dağıtmaqla bu qayğıkeşliyi kədərli ironiyaya çevirir. Aydındır ki, hakimiyyət səviyyəsində dəstək olmasa, minlərlə uyğuru Sintszyandan daşımaq və Suriyaya göndərmək planı baş tutmazdı. Yəni Ərdoğan hakimiyyəti bu məsələdə sadəcə iştirakçı və yardımçı yox, həm də təşkilatçıdır.

Bu əməliyyatın detalları heç də bu günlərdə aşkarlanmayıb. Yəni “uyğur cəfakeşliyi”nin indiki epizodu bu günlərdə başlayıbsa, uyğurların “top əti” kimi istifadəsi ötən ildən bəllidir.

Məsələn, “Milliyet” qəzeti bu ilin ilk 5 ayı ərzində Suriya ilə sərhəddə “cihad”a gedən 400 uyğurun saxlanıldığını yazır. Onların arasında bir çoxları ailələri ilə sərhədi keçməyə çalışırmış. Bu, aysberqin görünən hissəsidir. Yəni saxlanılanlarla müqayisədə Suriyaya yetişənlərin sayının dəfələrlə çox olduğu şübhə doğurmur.

“Milliyet” qəzeti əməliyyatın mexanizmini də təsvir edir: Sintszyandakı uyğurlara Türkiyəyə köçmək təklif olunur, təyyarələrlə Çindən, ya da Tailand və Malayziya ərazisindən İstanbula yetişən şəxsləri qarşılayıb onlara “İslam Dövləti”ndə, ya da Suriyanın Türkiyəyə yaxın ərazilərində “yeni vətən” təklif olunur. Sonra onlar Suriyaya göndərilir, burada “İŞİD” emissarları tərəfindən qarşılanır, xüsusi təbliğatla “beyinləri yuyulur” və terrorçuya çevrilirlər. Həm də o hesabla ki, sağ qalanlar nə vaxtsa yenidən Çinə dönərək orada fəaliyyətlərini davam etdirəcəklər (eynilə oxşar üsulla 1980-cı illərdə Əfqanıstanda beynəlxalq terrorçular yetişdirilirdi və sovet qoşunları bu ölkəni tərk etdikdən sonra terrorçular da öz ölkələrinə qayıdaraq orada fəaliyyətlərini davam etdirdilər).

Əlbəttə, bu proses Çini ifrat narahat etməyə bilməz. Orada gələcəkdə Sintszyanı terror yuvasına çevirmək istəyənlərin niyyətlərindən xəbərdardırlar. Və aydındır ki, əks tədbirlər görməlidirlər.

Məsələn, Tailanddan ayın əvvəlində 100-dən çox uyğurun Türkiyəyə yola salınması Pekin üçün səbri daşdıran son damla oldu və artıq növbəti “hicrət”ə mane olmağa bacardı. Nəticədə iyulun 9-da Tailanddan 109 uyğur (aralarında qadınlar və uşaqlar da olmaqla) Pekinə deportasiya edildi. Çin telekanalları başlarına qara çuval geyindirilmiş bu şəxslərin ölkəyə gətirilməsinin videosüjetini göstərməklə Qərbdə də, Türkiyədə də təpkilərlə qarşılaşdı.

Xüsusən ABŞ sərt etirazını bildirdi (halbuki Quantanamo dustaqlarını Əfqanıstandan Kubaya onlar bu cür çuval geyindirib daşıyırdılar). Və Çin tənqidlərə cavab olaraq ABŞ-a etiraz notası verərək bildirdi: gətirilənlərin 13-ü Çində terror aktı törətmiş şəxslərdir, digərləri isə Suriyaya, “İŞİD”ə qoşulmaq üçün yola çıxıblar.

Beləliklə, Çinin hərəkəti əslində bynəlxalq terrorizmə qarşı mübarizə tədbiri sayılmalıdır.

Bu günlərdə Türkiyənin “Hurriyet” qəzeti də çox əhəmiyyətli bilgilər dərc etdi. Aydındır ki, bu, Ərdoğanın da, onun özünə sərf edən statistlər rolunda yararlandığı millətçilərin də xoşuna gəlməyəcək.

Qəzetin yazdığına görə, Çin uyğurlarına Cənub-Şərqi Asiya ölkələrində Türkiyə diplomatları tərəfindən şəxsiyyət vəsiqələri verilərək onları əvvəl Türkiyəyə, oradan isə “top əti” kimi “İŞİD”ə yollayırlar.

Artıq bu məsələdə türk diplomatların rolunun qabardılması əməliyyatın Ərdoğan hakimiyyətinin patronajı altında gerçəkləşdirildiyinin təsdiqidir. Yəni bu, Türkiyənin rəsmi siyasətidir.

Məsələn, Çin İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Ton Bişan iyulun 11-də əcnəbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyir: “Cənub-Şərqi Asiya dövlətlərindəki Türkiyə səfirlikləri uyğurlara şəxsiyyət vəsiqələri təqdim edir. Aydındır ki, onlar Çin vətəndaşlarıdır, buna baxmayaraq yeni şəxsiyyət vəsiqələri ilə təmin olunurlar”.

Razılaşın ki, bu, ciddi ittihamdır. Çin rəsmisinin sözlərinə görə, bu işdə xüsusilə Türkiyənin Malayziyadakı səfirliyi canfəşanlıq edir.

T.Bişan bildirir: Türkiyəyə gələn uyğurlar burada leqal şəkildə işə düzələ və həyatlarını qura bilmirlər. Onlar terrorçu təşkilatların toruna düşürlər.

Çin rəsmisi deyir: “Bu sonuncular öz təbliğatları ilə uyğurların “beynini yuyur” və onları cəbhə xəttinə göndərirlər. Burada isə onlar sadəcə “top əti”dir. Bəzilərini Suriyaya, bəzilərini İraqa yola salırlar. Terrorçu qruplar uyğurların hər birinə görə 2 min dollar alır. Bu yolla onlar sıralarını genişləndirirlər”. 

Çox əcaib “uyğur sevgisi”dir, deyilmi? Çini hazırda terror laboratoriyası olan Suriyadan nə vaxtsa geri dönəcək militanların Sintszyan vilayətini poliqona çevirmələrinin qarşısını almaqda qınamaq nə dərəcədə doğrudur?!..

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930