Belə qonşularla nə etməli?

14.07.2015 - 01:20
40761İyulun 3-də, qonşu ölkə Gürcüstanın paytaxtı Tiflisdə gürcü futbol azarkeşləri Azərbaycan komandasının azarkeşlərinə hücum edərək, həmyerlilərimizi döyüblər. Xatırladım ki, Türkiyədə 2013 protestləri olan zaman, 2 erməni öldü deyə Ermənistan vətəndaşları səs-küy qopardılar ki, guya ikinci erməni soyqırımı yaxınlarda baş tuta bilər.
Bununla da deyim ki, Gürcüstanda həmyerlilərimizi döyməklə bərabər, milli bayrağımızı ayaq altına atıb, onu tapdalayıblar. Bir xalq üçün bundan daha böyük təhqir təsəvvür edə bilmirəm. Ondan da əlavə, artıq neçə ildir ki, Zaqatala, Qax və Balakən zonalarını “Saingilo” adı ilə tanıdıb, bu torpaqları öz əraziləri kimi təsvir edən plakatlar düzəldərək, bizə qarşı təxribatlar törədirlər. O da bəs etmir, Gürcüstanda bizə qarşı nifrət oyansın deyə, yalandan hamıya yayırlar ki, Azərbaycanda yaşayan Müsəlman Gürcülərə (yəni İngiloylar) qarşı zülm olunur, Azərbaycanda onların haqları əllərindən alınır.
Baxmayaraq ki, respublikamızda 12 məktəbdə minlərlə şagird gürcü dilində dərs keçir, İngiloylar öz dillərində danışa bilir, rahat yaşayır, bunu onlara heç cür sübut edə bilmirik. Buna görə də həmyerlilərimi onlara tarixi faktlarla cavab verməyə çağırıram. Yəni gələn dəfə özlərini “vətənpərvər” kimi tanıdan gürcülər “Saingilo”nu öz əraziləri kimi tanıdıb, “bu tarixi Gürcüstan torpağıdır” kimi iddialara əl atdıqlarında, onlara “tarixi Gürcüstan torpağı” və “gürcüləşmiş Azərbaycan torpağı” arasındakı fərqi göstərək.
Əvvəla, bu ərazi – Qafqaz Albaniyasının tərkibində olub. İngiloyların yaşadığı Ereti vilayəti VII əsrdə Kaxetiyanın sərhədlərinə verilərək gürcüləşmiş, əsrlərlə gürcülərin tabeçiliyində qalmışdır.
Lakin XVII əsrin əvvəllərində I Şah Abbas Səfəvi bu ərazini gürcülərdən alaraq, Dağıstan feodallarına hədiyyə etmişdir. XVII-XIX əsrlərdə İlisu sultanlığı həll edildikdən sonra, Azərbaycanın şimal-qərbində mövcud olan dövlət təsisatlarından biri olan Car-Balakən azad camaatlığının özündə birləşdirdiyi vilayətlərdən biri olmuşdur. Daha sonradan, 1801-1803-cü illərdə Kartli-Kaxeti krallığı ilə bərabər Rusiya imperiyasının tərkibinə bu region da qatılmışdır, sonralar isə Tiflis quberniyasının ərazisi kimi tanınmışdır. 1918-1921-ci illərdə Gürcüstan Demokratik Respublikasının sərhədlərində olmasına baxmayaraq, 1921-ci ildə sovet işğalından sonra ərazi rəsmi olaraq Azərbaycana geri qaytarıldı. Bu ərazi həmişə biz iki dövlət arasında mübahisəli olub, yalnız gürcülər, birincisi, bu ərazinin qədim Albaniya ərazisi kimi tanımalı, ikincisi isə, Borçalını yaddan çıxarmamalıdırlar.
Borçalı demişkən, 1744-cü ildə Borçalı və Qazax mahalı Gəncə bəylərbəyliyindən alınaraq, Kartli-Kaxetiya krallığının tabeçiliyinə verildi. 1783-cü ildə Şərqi Gürcüstanın çar Rusiyasının himayəsinə keçməsi barədə imzalanan Georgiyevsk traktatı nəticəsində Borçalı Rusiya ərazisinə qatıldı. 1928-ci ilə qədər Tiflis quberniyasının ərazisində təşkil edildi. Onu da xatırladım ki, 1800-cü illərdə bura yüzlərlə erməni ailələri köçürülmüşdür. 1900-cü ilin ortalarında “qardaş gürcülər” bu ərazilərimizi gürcüləşdirib, Azərbaycan mənşəli toponimləri dəyişmişlər.
Hələ həyasız təxribatlarını davam etdirib, “İngiloylara zülm edirsiniz” kimi çirkin və inanılmaz yalanlarla üstümüzə düşsələr, xatırladaq:
1139-cu ildə Gəncədə 9 ballıq dəhşətli zəlzələ baş verdiyi elə həmin gün Gürcüstan çarı Demetre böyük bir qoşunla Gəncə şəhərinə çatdı. Gürcülər zəlzələdən sonra sağ qalmış şəhər əhalisi üzərinə hücum edərək, hamını qılıncdan keçirdilər, ya da özlərinə qul etdilər. Gəncə əhalisinə öz basqınları ilə, öz işgəncələri ilə zəlzələdən daha çox əzab verdilər.
1161-ci ildə Gəncə və Dəbil şəhərlərində böyük vəhşiliklər törətdilər. 10 min insanı qətlə yetirib, qadınları və uşaqları soyundurub Gürcüstana apardılar. Yalnız gürcü qadınları bu cür zorakılığa qarşı etirazlarını bildirdikdən sonra, qadınlarımıza paltarları qaytarıldı.
1210-1211-ci illərdə gürcülər Mərəndə, Miyanəyə, Təbrizə, Zəncana, Qəzvinə, Ərdəbilə və digər şəhərlərimizə hücum etmiş, öz hücumları ilə ölkəmizi ağır vəziyyətə salmışlar.
2015-ci ilin iyul ayının 3-də isə Tiflis şəhərinin küçələrinin birində xalqımızı təhqir etmişlər.
Bu insanların ermənidən fərqi nədir?(bizimyol.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28097

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728