Təqaüd və müavinət alanların nəzərinə: kartlar yenilənir

15.07.2015 - 23:27

102532_res_01Sosial müavinətlər Azərbaycan vətəndaşları 2015-ci il iyulun 20-dən etibarən “Kapital Bank” ASC-nin şöbə və filiallarında plastik kartlarını yeniləyə biləcəklər.

Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Daha əvvəl bu xidmətləri “Kapital Bank”la yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) da göstərirdi.

İndi ABB-nin bankomatlarından müavinət və təqaüd alan vətəndaşlar onları yalnız “Kapital Bank”ın bankomatları vasitəsilə əldə edəcəklər.

Əgər ABB-nin plastik kartlarında hələ də çıxarılmamış məbləğ (müavinət və təqaüd) qalıbsa, onları Beynəlxalq Bankın filiallarından almaq olar. Kartda qalmış vəsaitin ABB-dən alınması ilə bağlı problem yaranarsa, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=28231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728