Azərbaycanda ipoteka kreditləri faizi aşağı salınır, kreditin maksimal məbləği iki dəfə artırılır

16.07.2015 - 00:19

img1856908İlin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək

“İpoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi daha da koordinasiyalı iş görür”.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) deyib.

“Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı bir daha öz tapşırıqlarını verdi. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə danışıqları yekunlaşdırıb. Deyə bilərəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda bir konsensus var”, – deyə E. Rüstəmov bildirib.

Baş bankir qeyd edib ki, yekun qərar qəbul olunmadığına görə, o, yalnız gözlənilən yeniliklərin başlıca istiqamətlərini açıqlaya bilər. Onun sözlərinə görə, ilin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək. Vəsait Mərkəzi Bankın krediti hesabına ayrılacaq, lakin Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.

“Bu vəsaitin müəyyən bir hissəsi sosial ipotekaya, müəyyən hissəsi isə kommersiya ipotekasının maliyyələşdirilməsinə yönəldiləcək”, – deyə AMB rəhbəri bildirib.

E. Rüstəmov bildirib ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir. “Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”, – deyə o qeyd edib.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, gələn il ipoteka kreditlərinin maliyyələşdirilməsinə “daha əhəmiyyətli vəsait yönəldilə bilər və bununla bağlı da maliyyə naziri Samir Şərifovla danışıqlar olub”.

E. Rüstəmov qeyd edib ki, ipoteka kreditləşməsi ölkənin tikinti sektorunun inkişafına güclü təkan verə bilər ki, bu da ümumilikdə iqtisadi inkişafa müsbət təsir edəcək. “Bununla yanaşı, məsələnin sosial tərəfi də var ki, əhalinin mənzil təminatı problemi öz həllini tapacaq”, – deyə o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28247

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728