Oliqarxın avtoş oğlu: İsveçrədə həbs edilən Babayev kimdir?

16.07.2015 - 00:53

1436984418Cenevrədə azərbaycanlı iş adamı, avtoşluq edərkən alman təqaüdçünün xəsarət almasına səbəb olan Ziya Babayevə 2 illik şərti həbs və 10 min dollar cəza verildiyi barədə məlumat yayıldı. 2009-cu ildə İsveçrəni bir-birinə qatan və ardınca ölkə mətbuatının əsas manşetlərində yer alan bu gənc kimdir və kimin oğludur?
Axar.az xəbər verir ki, Z.Babayevin Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil aldığı barədə o vaxt məlumat yayılmışdı. Mərkəzin rəhbərinin də milliyətcə azərbaycanlı Tamerlan Həsənov olduğu iddia edilir. Azərbaycan adı çəkilən şəxsi hazırda beynəlxalq axtarışa verib. O, dövlət vəsaitinin mənimsənilməsində günahkar bilinir. Belə ki, Rəsul Quliyev Azərneftyağ Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyərkən zavodun baş mühasibi Lebedeva Qalina Nikolayevna və Moskva şəhərində yaşayan həmyerlisi Həsənov Tamerlan İbrahimoviçlə cinayət əlaqəsinə girib. Adları çəkilən şəxslər 1992-1993-cü illərdə saxta sənədlər tərtib edərək, zavodun Moskva Xarici İqtisadi Bankında olan valyuta hesabından 10 milyon ABŞ dolları məbləğində dövlət vəsaiti çıxarıblar.
Ziya Babayevin atası, Rusiyada yaşayan məşhur tikinti maqnatı Mehrac Babayev isə “Verso-M” şirkətinin sahibidir. Babayevlə bağlı Rusiya mətbuatı birmənalı fikrə sahib deyil. Mətbuat Babayevin guya Uzaq Şərqdə dövlət sifarişli tikinti layihələrini reallaşdıran zaman tacik və özbək işçiləri qəpik-quruş qarşılığında pasportlarını əlindən alaraq, qul kimi işlətdiyini bildirib. “Yeni Müsavat”ın məlumatına görə, Babayev Qarabağ savaşında iştirak edib və ilk yaradılan könüllü Şıxov batalyonunun komandir müavini olub və AXC sıralarında yer alıb.
Xatırladaq ki, Ziya Babayev 2009-cu ilin noyabrında Cenevrə yollarında üç yoldaşı ilə bərabər maşın yarışı təşkil edib. Avtomagistralda sürət həddini aşan yoldaşlar (151 km/saat) sonradan qəzaya səbəb olublar. Ziya Babayevin “Lamborghini” markalı avtomobili “Volksvagen Golf” markalı avtomobillə toqquşub. Nəticədə 70 yaşlı alman təqaüdçü ağır xəsarət alıb. Ziya Babayev təqaüdçünün bütün xərclərini üzərinə götürərək, onun müalicəsinə yardım edib. Lakin indiyə qədər Z.Babayevin alman təqaüdçüyə ödədiyi maddi və mənəvi təzminatın məbləği açıqlanmır.
Babayevlə bərabər Cenevrə yollarında xuliqanlıq edən daha iki nəfər – AST şirkətlər qrupunun rəhbəri Telman İsmayılovun oğlanları Ələkbər və Sərxan hadisə baş verən gün İsveçrəni atalarına məxsus təyyarə ilə tərk ediblər və İstanbula uçaraq məsuliyyətdən yayınıblar. Hadisədə iştirak edən dördüncü şəxsin adı isə indiyə qədər müəyyən edilməyib. Lakin fərziyyələr var ki, o, kifayət qədər geniş imkanları olan rus milyarderin oğludur.
Mehrac Babayevin oğlunun vəkili Jak Briyonun sayəsində Z.Babayev polis nəzarətindən çıxmışdı. Rusiya mətbuatınun məlumatına görə, Babayevin azadlıqda qalması üçün 100 min frank (95 min dollar) girov verilmişdi.
Azadlığa buraxıldıqdan sonra keçən beş il ərzində Babayev daha iki dəfə sərxoş şəkildə “Bentley” markalı avtomobili idarə etdiyinə görə saxlanılıb. Gənc avtoş məhkəməyə özünün İsveçrədə avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən biznesi olduğunu bildirib. O, müntəzəm gəlirinin aylıq 30 min dollar, əmlakının isə 5 milyon dollar olduğunu deyib. Məhkəmə Babayevə İsveçrə ərazisində biznesini davam etdirməsinə və girov pulunu geri götürməsinə izn verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28256

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728