Prezidentə necə məktub yazmaq olar…

16.07.2015 - 09:44
ilhameliyevİyunun 15-də Gürcüstanda keçiriləcək yerli özünüidarə seçkiləri ilə bağlı soydaşlarımızın yaşadığı Marneulidə problem yaranıb. Belə ki, “Milli Hərəkat” partiyası Marneuli şəhərində icra başçısı vəzifəsinə namizəd kimi azərbaycanlını təqdim etsə də, sonradan müəyyən səbəblərdən onun namizədliyi qeydə alınmayıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib ki, vətəndaşlar qorxmasınlar, ona birbaşa şikayət etsinlər: “Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.
Bu bəyanatı eşidəndən sonra yaşadığı bu və ya digər problemlə bağlı ölkə başçısına yazmaq istəyənlərin əsas sualı bu oldu: prezidentə necə yazaq? Hansı formada, həcmdə ifadə edək fikrimizi? Elektron üsulla, ya dədə-baba yolu ilə, poçtla? 
“Yeni Müsavat” bildirir ki, prezidentə www.prezident.az saytındakı “məktub yaz” bölməsi vasitəsilə elektron məktub yazmaq olar. Hər bir vətəndaş ölkə başçısına elektron məktub yazmazdan əvvəl “Müraciətlərin qəbulu və baxılması qaydaları”nı dəqiq bilməlidir. İnternet vasitəsilə göndərilən müraciətlər PA-nın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur. Şöbəyə daxil olan məktub və müraciətlər həmin gün qeydiyyata alınır və baxılması üçün prezidentin iş otağına göndərilir. Məktuba baxıldıqdan sonra cavab anketdə göstərilən poçt ünvanına adi poçtla göndərilir. O ki qaldı internet vasitəsilə göndərilən məktublara, belə müraciətlərin mətni 1500 işarədən çox olmamalıdır. Elektron müraciətdə qoşma faylların, yəni fotoşəkil, hansısa sənədin surətinin əlavə olunmasına icazə verilmir.
Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr adi poçtla göndərilə bilər.
Prezidentə ünvanlanmış yazılı müraciətin müəllifi özü barədə fərdi məlumatları, müraciətin mövzusunu dəqiq göstərməli, yəni adı, soyadı, atasının adı, yaşı, yaşadığı şəhərin (rayonun, qəsəbənin, kəndin) adını, ünvanını, telefon nömrəsini, e-mail adresini (əgər varsa) və sosial statusunu anketdə qeyd etməlidir. Vətəndaşlar PA-nın qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dəkdir. Qəbul saatı 14:00-dan başlayır. PA-da hər ay vətəndaşların qəbulu üzrə xüsusi qrafik müəyyən edilir. Bu cür qəbullar şəxsən prezidentin özü deyil, onun müşavirləri və köməkçiləri, mətbuat katibi, habelə Prezident Aparatının məsul işçiləri tərəfindən keçirilir.
Dövlət başçısına müraciətlər haqqında ümumiləşdirilmiş məlumatlar müntəzəm olaraq bu saytın “Prezidentə yazırlar” bölməsində dərc olunur. Burada isə daha çox təşəkkür xarakterli məktublar yer alır.
Azpresident.az-ın məktublar bölməsində bu barədə geniş məlumat verilib. Şikayəti yazmazdan əvvəl forma doldurmaq lazımdır. Saytın məktub bölməsində aşağıdakı yazılıb: “Hörmətli istifadəçi! Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Prezident Administrasiyasına məktub göndərmək üçün aşağıdakı formanı doldurun. Diqqətli olmağınız Sizdən xahiş olunur!»
Formada ərizə yazan şəxsin ad-soyadı, atasının adı, yaşadığı ölkə, şəhər, telefon nömrəsi, e-mail ünvanı, yaşı, sosial durumu, müraciətin növü, sosial durum,  əsas mövzu kimi bölmələr var ki, forma müəllifi onu doldurmalıdır.
President.az saytında yer alan “Prezidentə məktub yazmaq” bölümündə həmin məktubun yazılma qaydaları, detalları da yer alıb. Həmin detalların yer aldığı bildirişdə qeyd olunub:
“Hörmətli istifadəçilər! Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsinin hər bir istifadəçisinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilmiş müraciətlər Prezident  Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Prezident Administrasiyasının E-mail: office@pa.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir”.
 
Amma təcrübə göstərir ki, insanları məktub yazmaqdan çəkindirən məqam bir çox hallarda məlumatsızlıq, internetdən istifadə qaydalarını bilməməkdirsə, bəzən da ehtiyatlılıqdır. Daha öncə təcrübədə prezidentə məktub yazdığı üçün yerlərdəki məmurlar tərəfindən təzyiqə məruz qalan vətəndaşların olması məsələni daha da dramatikləşdirir. Belə ki, insanları o formanı doldurandan, barələrindəki bütün məlumatları açıqlayandan sonra yaşaya biləcəkləri problemlər qorxudur. Amma qəzetə müraciət halında vətəndaşa çatımlılıq, dolayısı ilə “cəzalandırılma ehtimalı” daha da güclənir. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=28263

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728