Sahibkarlar yoxlamaların çoxluğundan bezib… – VİDEO

16.07.2015 - 10:14

102547_res_01Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bəzi dövlət qurumları əməkdaşlarının sahibkarlardan qanunsuz pul toplama hallarını gündəmə gətirməsi sahibkarları sevindirib.

Xatırladaq ki, prezident həmin iclasda sahibkarların problemlərindən danışarkən bir sıra dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyinin bəzi əməkdaşlarının sahibkarlardan qanunsuz pul topladğını bildirmişdi. Ölkə başçısının sahibkarlardan tələbi isə verginin tam olaraq ödənilməsi ilə bağlı idi.

Amma sahibkarlar onlardan vergi ödənişi adıyla pul tələb olunduğunu bildirirlər.

Halbuki iqtisadçı-ekspertlər qanuna görə yoxlanışların belə olmadığını və vergi xidməti əməkdaşlarının sahibkarları necə gəldi yoxlamasının qadağan olduğunu deyirlər. Yoxlama zamanı sahibkarın kassadan istifadə etmədiyi aşkarlanarsa o, maksimum 400 manat cərimələnə bilər. 3-cü cərimələnmə zamanı sahibkarlıq subyektinin fəaliyyətinə xitam da verilə bilər. Kameral yoxlama isə yalnız sahibkarların hər rüb ərzində və illik vergi xidməti orqanlarına göndərdiyi hesabatlar zamanı online qaydada aparılır və əlavə suallar sahibkardan e-mail vasitəsi ilə soruşulur.

Yalnız cinayət xarakterli və vacib məlumatlar aşkarlanarsa bu müddət 3 aya qədər artırıla bilər.

Vergi ödənişlərinə gəlincə, sahibkarlar qazancından aslı olaraq 2 növ vergi ödəməlidir. (xezerxeber.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=28277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728