Bu il Azərbaycanda 33 üçəm doğulub

16.07.2015 - 11:18
301562_462531Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5% artaraq bu il iyun ayının 1-i vəziyyətinə 9636,3 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Faktxeber.com-a  verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i isə qadınlardan ibarətdir.
Bu ilin yanvar-may ayları ərzində ölkədə 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,9 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qızlardır. Körpələrin 1156-sı əkiz, 33-ü isə üçəm doğulub.
Bu ilin ilk 5 ayı ərzində ölkədə 23,8 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,3-dən 6,0-a qədər azalıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=28295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728