Nazir çörəyini əsgərlərlə böldü – VİDEO

20.07.2015 - 21:36
41416Müdafiə naziri, general polkovnik Zakir Həsənov bayram günlərində ön xətdə, səngərlərdə yerləşən bölmələri ziyarət edib. Yüksək və sıldırım dağ zirvələrində keşik çəkən qəhrəman əsgərlərlə görüşən nazir, Azərbaycan əsgərinin düşmən ərazilərini və yaşayış məntəqələrini daim nəzarətdə saxlamaqla istənilən anda qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirməyə hazır olmasının şahidi olduğunu deyib.
Hərbçilərlə süfrə arxasında oturan Müdafiə naziri, çörəyi kəsib bir-bir əsgərlərə verir.
Bu sözləri ilə əsgərləri daha da cəsarətləndirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bayram günlərində Prezidentin tapşırığı ilə cəbhə bölgəsində olub.
Nazir yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb. Müxtəlif çaplı silahlarla silahlanmış əsgərlər isə həm silahla davranış həm də əlbəyaxa döyüşləri ilə əsl şou göstəriblər.
Hərbçilərin döyüş qabliyyətini izləyən nazir Zakir Həsənov daha sonra əsgərlər qarşısında çıxış edib. Çıxışı zamanı bildirib ki, Prezidentin “Bir həftə ərzində Ermənistanda daş daş üstündə qalmaz” fikiri ən müasir silah-sursat və maddi-texniki təminata malik ordumuzun qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətində olan Azərbaycan əsgərinin dünyanın güclü ordularının hərbçiləri sırasında olduğunu sübut edir. Xalqımız bilməlidir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə endirərək böyük itkilərə məruz qoyan, əməliyyat şəraitində təşəbbüsə yiyələnən Azərbaycan əsgəri sübut etdi ki, düşməndən hər cəhətdən üstündür.
Silahlı Qüvvələrimiz hərbi güc tətbiq etməklə ən əsas və müqəddəs borcunu – işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Ordumuz qısa bir müddətdə şəhidlərimizin qisasını almağa tam hazırdır”.
Sonra Müdafiə naziri yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxıb, hərbi qulluqçularla birlikdə nahar edib. Elə ən maraqlı məqamda burda olub.
Daha sonra müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edərək, dağlıq ərazilərdəki ön səngərlərdə yerləşən hərbi qulluqçulara bayram sovqatları təqdim edib, xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə mükafatlandırıb və şəxsi heyətlə xatirə şəkli çəkdirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28412

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728