Türkiyənin Şanlıurfa vilayətində törədilən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb

20.07.2015 - 23:07

2548e12746dfd413e77ac0ab45b80a7bHadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi rəsmən təsdiqlənib

Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. APA-nın “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə şəhər bələdiyyə başqanı Abdullah Çiftçi bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partlayış qurbanlarının yaxınlarına başsağlığı verib.

Hadisə yerinə baş nazirin müavini Numan Kurtulmuş, DİN rəhbəri Səbahəddin Öztürk və əmək və ictimai təhlükəsizlik naziri Faruk Çelik gedib. Hadisə ilə əlaqədar hökumət yanında xüsusi mərkəz yaradılıb.

**** 17.18

Bakı-APA. Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayışla bağlı müxtəlif məlumatlar yayılmaqda davam edir.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, terror aktını 18 yaşlı qızın törətdiyi ehtimal olunur. İlkin məlumata görə, İŞİD üzvü olan 18 yaşlı terrorçu-kamikadze qəsəbədəki Amara Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransının iştirakçısı kimi içəri daxil olub və orada partlayış törədib. Onun meyitinin də hadisə yerində olduğu bildirilir.

Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi rəsmən təsdiqlənib.

Partlayış nəticəsində 28 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayının artacağı ehtimal edilir. Belə ki, xəstəxanalara çatdırılan yaralıların əksəriyyəti ağır vəziyyətdədir.

***

15.44

Bakı-APA. Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.

Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.

***

14.57

Bakı-APA. Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.

Qeyd edək ki, Suriya”>Suriyanın Kobani şəhərinə yola düşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onların hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub. Əksəriyyəti kürdlərdən ibarət olan həmin gənclər bu gün keçirdikləri mətbuat konfransında müharibə nəticəsində dağılan Kobanidə bərpa işləri həyata keçirəcəklərini bəyan ediblər. Partlayış da mətbuat konfransı keçirilən zaman törədilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031