Tanınmış yazarların ilk iş günü – “Redaksiyaya qapıdan yox, pəncərədən girdim”

22.07.2015 - 01:38

rrAzərbaycanda Milli Mətbuatın 140 illiyi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyev 140 illik yubileylə bağlı bir qrup mətbuat işçisini fəxri adlar, orden və medalla təltif edib.
Təbii ki, peşə bayraını qeyd edən jurnalistlər bu ərəfədə mətbuat sahəsinə gəldikləri günü, ilk iş yerini xatırlamaya bilməzlər. Bir sıratanınmış jurnalistdən ilk iş yerləri və həmin günün hansı təəssüratla yadda qalması ilə bağlı modern.az-ın sorğusunu diqqətinizə çatdırırıq:

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:

“Tələbə vaxtı televiziyanın “Xəbərlər” proqramında təcrübə keçmişəm. Amma universiteti bitirdikdən sonra Sumqayıtda Kimya Sənaye İstehsalat Birliyinin çoxtirajlı qəzeti olan “Kimyaçı”da işləmişəm. Daha sonra həmin birliyin radio verilişləri redaksiyasının redaktoru olmuşam..

Həmin vaxtı indiki kimi sərbəst mövzular yazmaq olmurdu. Amma yazıların özünün səviyyəsi var idi. Çünki həmin dövrün çox qəribə prinsipləri var idi. Yazılar elə qurulmalı idi ki, məqalə özünün janrına uyğun olsun. İndi isə azadlıq var. Yəni istədiyini yaza bilərsən. Amma çox təəssüf ki, janr baxımdan kasadlıq var”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

“1983-cü ildə ilk iş yerim Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) olub. Universiteti bitirdikdən sonra təyinatla ora göndərilmişəm. İlk iş günümdə ən yadda qalan maraqlı an sınmış çox qəribə telefon və stolumun yeşiyindəki tarakanlar olub. Həmçinin ilk iş günümdə işə gecikmişdim”.

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı:

“İlk iş yerim “Azərbaycan Kommunisti” jurnalı olub. Ən yadda qalan hadisə isə redaksiyaya pəncərədən keçməyi olub. Həmin dövrdə “Azərbaycan” Nəşriyyatına keçmək üçün xüsusi icazə var idi. Jurnalın redaksiyası da birinci mərtəbə idi. Həmçinin o vaxt mobil telefon da yox idi. Nəşriyyata çatan kimi məni içəri buraxmalarını istədim. Amma siqaret çəkən şəxs mənə baxıb dedi ki, elə pəncərədən içəri keç. Mən də məcburən redaksiyaya eləcə girdim. Həmin vaxt jurnalda Rauf Talışinski və dünyasını dəyişmiş bir sıra tanınmış jurnalistlərlə tanış oldum”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“İlk iş yerim “Elm və həyat” jurnalı olub. 5 il həmin jurnalda korrektor kimi çalışmışam. Həmişə zarafatla deyirdim ki, alimlərin səhvlərini düzəldirik”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay:

“Tələbə vaxtı ilk dəfə radioda işləmişəm. Universiteti bitirdikdən sonra isə 5 il ştatdankənar əməkdaş kimi bütün redaksiyalarla işləmişəm. 1987-ci ildə isə o vaxtın ən baxılan proqramlardan biri olan “Dalğa”nın kiçik redaktoru vəzifəsində çalışmışam.

Tələbə vaxtı ilk dəfə radioya gedəndə mənim üçün bir az heyrətli idi. Çünki adamları görmədən səsləri eşidirdim. Bilmirdim ki, orda mən neyləyəcəm, nə işi görəcəm. Bir az qorxu hissi ilə getmişdim ki, münasibət necə olacaq. Çünki mən çox ünsiyyət quran biri deyiləm. Amma kömək edən oldu”.

İctimai Televiziyanın əməkdaşı Flora Xəlilzadə:

“Universiteti bitirdikdən sonra təyinatımı “Azərbaycan müəllimi” qəzetinə verdilər. Amma həmin vaxtı məni işə götürmədilər. Çünki imkanı yaxşı olan biri mənim əvəzimə götürülmüşdü. Ona görə də mən “Azərbaycan təbiəti” jurnalında çox böyük şəxsiyyətlərlə Məmməd Araz və Həsən müəllimlə birgə işlədim. Özümü çox xoşbəxt sayıram ki, bu cür şəxslərlə birgə çalışdım. Jurnalın ildə 4 nömrəsi çıxırdı. Mənim isə müntəzəm çap olunan mətbu nəşrlərə çox böyük həvəsim var idi. Həsən müəllimin yenidən köməkliyi ilə təyinat aldığım “Azərbaycan müəllimi” qəzetinə qayıda bildim”.

Sevinc YASİNQIZI

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728