Sumqayıtda it üçün fəryad qopardılar: “Topik, canım mənim” – VİDEO
Həyatımızda qəribəliklər çoxdur. Bu qəribəliklərdən biri ilə də Sumqayıtın 1-ci mikrorayonunda rastlaşdım. Yolla gedərkən birdən-birə bir qızın qəfildən yol kənarında qışqırığını eşitdim. Qiz elə fəryad edib ağlayırdı ki, ilk əvvəl elə düşündüm ki, uşağını maşın vurub. Çünki qız “TOPİK TOPİK” deyə çığırırdı. Tez insan izdihamı ətrafı bürüdü.
Yaxınlaşsamda hələ məsələnin əslini öyrənə bilməmişdim. Ancaq qızın “TOPİK CANIM” deyə ağlamasını görürdüm. Kimdən soruşsamda bir söz deyən olmadı.Ancaq dedikləri bir söz idi: “ALLAH UZAQ ELƏSİN YAXINI ÖLSƏ BELƏ AĞLAMAZDI HEÇ”. Nə isə bir təhər camaatı yarıb qabağa keçəndə gördüm ki, həmin qız bir iti qucağına alıb ağlayır. Sən demə yolu keçmək istəyərkən balaca küçüyü maşının altında qalıb ölüb. Belə yerdə bir atalar sözü yadıma düşdü. “KÜÇÜYÜNÜ AYAĞINA BAĞLA”. Bu qızı nə qədər sakitləşdirmək istəsələrdə qız “mərhum Topik”in ayrılığına tab gətirmirdi. Ətrafdan kimsə dediki “AY BALA İTDİ AĞLAMA”. Amma cavab bu oldu: ” O İT DEYİL. O TOPİKDİ ÖLƏN”. Həəəə belə belə işlər. Allah sənə rəhmət eləsin Seyid Əzim. Sənin bir beytin yadıma düşdü: “İT DEYİL DƏXİ O DA BİZİM BİRİMİZ, ÖLMÜŞLƏRƏ FƏDA OLSUN DİNİMİZ.
Akif Nəsibov, Xeberle.com
Short URL: http://www.cumhuriyyet.net/?p=28706