Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatında

28.07.2015 - 00:12

absABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizəyə dair illik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda ölkələr 3 səviyyəyə bölünür. Azərbaycan ötən il olduğu kimi, bu il də ikinci sıra ölkələr siyahısında yer alıb. İkinci səviyyə ölkənin insan alverinə qarşı mübarizə sahəsində müəyyən tərəqqi əldə etdiyini göstərir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda məcburi əməyə və cinsi istismara məruz qalma sahəsində müəyyən problemlər var. Bundan başqa, Azərbaycan bəzi hallarda Mərkəzi Asiyadan BƏƏ-yə, Türkiyəyə, İrana insan alveri üçün tranzit ölkə rolunu oynayıb. Ölkədə insan alverinin qarşısının alınması üçün standartlar heç də həmişə tam yerinə yetirilmir, bununla belə, hökumət bu istiqamətdə əhəmiyyətli işlər görür.

Hesabat dövründə hökumət insan alveri ilə əlaqədar tədqiqatların sayını artırıb. Yeni milli fəaliyyət planı qüvvəyə minib, daha həssas əhalinin, xüsusilə də islah müəssisələrindən, uşaq evlərindən, dövlət internat məktəblərindən çıxan uşaqların yenidən cəmiyyətə inteqrasiyasını təmin etmək üçün yeni qanunvericilik təqdim edilib.

Hesabatda qeyd olunur ki, hökumət qurbanların qorunması və onlara yardım göstərilməsi istiqamətində müəyyən inkişafa nail olub. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi balansında olan 50 nəfərin yerləşdirilməsini mümkün edən Bakıdakı sığınacağını tamamilə yeniləyib, şəraiti yaxşılaşdırıb.

2014-cü ildə hökumət 50 qadını və bir qızı insan alveri qurbanı kimi müəyyən edib, 3 kişi isə məcburi əmək qurbanı kimi tanınıb. 54 qurbandan 35 qadın və 3 kişi DİN-in sığınacağına verilib və burada onlar hüquqi, tibbi, psixoloji dəstək alıblar. Hökumət 53 qurbanı 400 manatlıq birdəfəlik müavinətlə, 23 qurbanı işlə, 35 nəfəri peşəkar təlimlə təmin edib. 54 qurbandan 36-sı QHT-lərə, 51 nəfəri əlavə sosial xidmətlər üçün dövlət İnsan Alveri Qurbanlara Yardım Mərkəzinə yönləndirilib. İki QHT hökumətin maliyyə yardımı olmadan 48 potensial və müəyyən edilmiş qurbanı sığınacaq və dəstəklə təmin edib. İnsan Alverinə Qarşı Mübarizə idarəsi 2014-cü il ərzində qurbanlara 314 min 330 manat məbləğin ayrıldığını bəyan edib.

Hesabatda insan alverində əli olduğu ehtimal edilənlərin ciddi şəkildə araşdırılması və məhkəməyə cəlb edilməsi, ittiham edilənlərin bu əməldən əl çəkməsi üçün müvafiq cəzalar verilməsi, hüquq-mühafizə orqanları tərəfindən standart əməliyyat proseduraları yaratmaqla, məcburi əməyə məruz qalan yerli və xarici qurbanların müəyyən edilməsi istiqamətində, habelə insan alveri, eləcə də immiqrant işçilərin məcburi əməyi ilə məşğul olan şəxslər və şirkətlərə qarşı səylərin gücləndirilməsi tövsiyə edilib.

Hökumət təşkilatları arasında kommunikasiyanın gücləndirilməsi, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyən qurbanlar üçün təhlükəsiz yerləşdirmənin, hüquq-mühafizə orqanları əməkdaşlarına, zabit, müstəntiq və məhkəmə əməkdaşlarına həssaslıq barədə təlimlərin keçirilməsi məqsədəuyğun sayılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28793

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728