Yarımmilyonluq fırıldaq olayında Kəmaləddin Heydərovun adı…

29.07.2015 - 01:08

“Rövşən Aslanov mənim kimi digər bir şəxsin də yarım milyon pulunu mənimsəyib. Lakin məndən fərqli olaraq, həmin adam artıq həyatda yoxdur…”

kamal21994-2012-ci illərdə hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə işləmiş (şikayətçinin xahişini nəzərə alaraq, iş yerlərini qeyd etmirik -red) Əbülfəz Əliyev iki vəzifəli şəxsin yaxını olan, uzun illər özünə dost bildiyi birinin xəyanəti ilə qarşılaşıb. Belə ki, zəzərşəkənin “AzPolitika.info”ya verdiyi məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki Aslanov Rövşən Qəşəm oğlu (Söhbət Şuşa, İsmayıllı, Abşeron rayonlarının keçmiş birinci katibi, jurnalist, şair Qəşəm Aslanovdan gedir-red) onun etibarından sui-istifadə edərək, aldatma və fırıldaq yolu ilə yarım milyon dollara qədər pulunu mənimsəyib!
Əbülfəz Əliyevin sözlərinə görə, ötən ilin sonlarına qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girməklə, həyata keçirib.
Bununla da kifayətlənməyib, Əbülfəz Əliyevin hüquq-mühafizə orqanlarında işləməsindən ehtiyat etdiyindən, hiylə yolu ilə onun vəzifəsindən də uzaqlaşmasına nail olub. Belə ki, Ə.Əliyevi vəzifəsindən istefa verərək, İstanbuldakı “fabrikin və işlərin” başına keçməyinin zəruri olduğuna inandırıb. Ancaq ordada nə bir fabrik olub, nə də bir iş…rr

Ötən 2 il ərzində Ə.Əliyevin hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbi isə, R.Aslanovun nüfuzlu vəzifəli qohumlarının məsələyə müdaxiləsi olub. Daha dəqiqi, yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda onların pulun qaytarılacağına dair vəd vermələri olub.
Hətta Ə. Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı İsmayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr də təklif edərək, pulun silinməsini tələb ediblər. Ancaq o, bunu qəbul etməyib.
Əbülfəz Əliyev onlardan ümidini üzdükdən sonra hüquq-mühafizə orqanlarına müraciət etsə də, burdan da hələlik bir nəticə ala bilməyib. Bunun səbəbi kimi, Ə. Əliyev aparılan istintaqa Rövşən Aslanovun himayədarlarının ciddi maneə törətməsini göstərir.

Qeyd edək ki, Ə.Əliyev bildirib ki, bu işlə bağlı Rövşən Aslanovun yüksək vəzifə tutduğu FHN-in rəhbərlərinin də qəbulunda olub. Hansı ki, o vaxt Rövşən Aslanov hələ nazirlikdə yüksək vəzifədə çalışırmış – Gəncə Regional Mərkəzinin rəisi imiş.tt

O, FHN-də kimlərin qəbulunda olduğunu və ona Rövşən Aslanovla bağlı nələrin bildirildiyini də açıqlayacağını bəyan etmişdi. Ə.Əliyev “AzPolitika.info”ya bu dəfəki açıqlamasında FHN-də keçirdiyi görüşlərdən, nazir Kəmaləddin Heydərovla planlaşdırılan görüşünün son anda pozulmasından da danışıb.
Ancaq bundan əvvəl Ə. Əliyev bir faktı da xatırlatmağı zəruri bildi. Onun sözlərinə görə, Rövşən Aslanov onun hüquq-mühafizə orqanlarına şikayət etməməsi üçün bir müddət də yaxın dostu və kirvəsi Elçin Hacıyevi ortaya salır.
Elçin Hacıyev Rövşən Aslanovun kirvəsi olmaqla bərabər, Neftçalanın içra başçısı İsmayıl Vəliyevlə birlikdə şərikli restoran da işlədirmiş. Hətta həmin dövrdə Rövşən Aslanov da onlarla şərikli fəaliyyət göstərirmiş.
Ə.Əliyevin sözlərinə görə, Elçin Hacıyevin təşəbbüsü ilə birlikdə danışıqlar aparılır: “Elçin Hacıyev mənimlə Rövşən Aslanov arasında olan məsələləri araşdırdıqdan sonra pullarımın qaytarılması barədə şərt kəsdi.
Şərtə görə Elçin Hacıyev mənə ilkin olaraq 100 000 (yüz min) dollar verməli idi. Qalan pulların əvəzində isə əmlaklarını mənə girov kimi verəcəyini bildirirdi. Hətta Nərimanov rayonunda yerləşən öz mənzilini də girov kimi mənə verməyi vəd edirdi. Şərt belə idi ki, Rövşən Aslanov mənim pullarımı verdikdən sonra girov qoyulan əmlakları geri qaytarılacaqdı. Mən razılaşdım. Ancaq yenə də sözlərini tutmadılar.pul7
Bu danışıqlardan bir müddət sonra Elçin Hacıyev mənə 10 000 (on min) dollar verdi. Sonra görüşdən yayındı”.
Ə.Əliyev daha sonra bu məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin rəhbər şəxslərilə görüşlərindən danışdı: “Rövşən Aslanov yenə böyük hiyləyə əl ataraq, məni böyük vəzifəli və nüfuzlu şəxslərlə qarşı-qarşıya qoymağa çalışırdı.
Mənə verilən vədlər yalan şıxdıqdan sonra, Rövşən Aslanovla yenidən Azadlıq prospektində yerləşən Gəncə restoranında görüşdük. Görüş zamanı mənə bildirdi ki, get pullarını Kəmaləddin Heydərovdan al. Mən ondan soruşdum ki, Kəmaləddin müəllimin bu işə nə dəxli var? Mənə bildirdi ki, belə məsləhətdir”.

Həmsöhbətimiz deyir ki, Rövşən Aslanov Kəmaləddin Heydərovu uşaqlarının kirvəsi kimi təqdim edib. Deyirmiş ki, nazirlə çox yaxın ailəvi münasibətləri var. K.Heydərov bunların böyük qardaşları ilə dost olub. Bu dostluğun xatirinə də qardaşını Xızının, bacısının yoldaşını Neftçalanın başçısı, özünü isə FHN-də yüksək vəzifəyə təyin edib. Hətta bir ara Rövşən Aslanov Kəmaləddin Heydərovun adı ilə bağlı “Kamal” jurnalını da nəşr etməyə başlayıb. Bildirirmiş ki, bu ad altında Azərbaycanda holdinq qurmaq üçün də Kəmaləddin Heydərovdan razılıq alıb. Yəni bu qədər yaxın münasibətləri var. kamal2
Əbülfəz Əliyev deyir ki, o da K.Heydərovun ətrafında bir fırıldaqçının ola biləcəyinə inanmadığından bu işə qol qoyub. “Nazirin ətrafında xeyli dürüst, nüfuzlu adamları şəxsən tanıyıram. Rövşənin də onlardan biri – ciddi, dürüst adam olduğuna inanmışdım”.
4Lakin aldadıldığına, fırıldaqla üzləşdiyinə əmin olduqdan sonra Ə. Əliyev məcburiyyət qarşısında qalıb Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxslərilə görüşmək istiqamətində fəaliyyətə başlayır. 2012-ci ilin iyul-avqust aylarında bu istiqamətdə bir neçə görüş keçirir: “Ağsaqqallar və hörmətli insanlar vasitəsilə FHN-nin birinci müavini Rəfael Mirzəyevə müraciət etdim. Rövşən Aslanovun mənim başıma gətirdiyi oyunları və sonuncu hərəkətlərini ona çatdırdım. R.Mirzəyev araşdırıb cavab verəcəyini bildirdi.
Bir neçə gündən sonra Rafael müəllim bildirdi ki, Rövşən Aslanov sizin pullarınızı qaytaracaq”.
Bu hadisədən sonra R.Aslanov 6 nəfərin iştirakı ilə Əbülfəz Əliyevlə görüş keçirir və növbəti planlarını işə salır: “R.Aslanov bildirdi ki, mənim adıma təsisçi kimi açılmış yeni şirkəti onun dediyi adamın adına rəsmiləşdirdikdən sonra pullarımı qaytaracaq”.
Həmin adam isə FHN-nin Gəncə regional mərkəzində şöbə rəisi işləyən Qalib Musayevin oğlu İlkin Musayev olur: “Bu həmin Qalib Musayevdir ki, o, məhz mənim Gəncədə yerləşən qohumlarımın əmlaklarını R.Aslanovla birlikdə girov qoyaraq 100 000 (yüz min) dollar götürmüşdülər”.
Rövşən Aslanov Əbülfəz Əliyevi yaxın adamı İlkin Musayevlə birlikdə 13.09.2012-ci il tarixdə İstanbul şəhərinə yola salır. Orada Əbülfəz Əliyev adına olan təsisçilik hüququndan Rövşən Aslanovun yaxını İlkin Musayevin xeyrinə imtina edir.
Ancaq Bakıya gəldikdən sonra dəfələrlə R.Aslanovla görüşməyə cəhd etsə də, o, bundan yayınır.
Bundan sonra bir müddət də gözləyən Əbülfəz Əliyev – 13.03.2013-cü il tarixdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova rəsmi ərizə ilə müraciət edir: “Müraciətim əsasında 18.03.2013-cü il tarixdə köməkçi vasitəsi ilə məni nazir Kəmaləddin Heydərovun qəbuluna dəvət etdilər. Orada, təxminən 30-40 dəqqiə gozlədikdən sonra məni görüşə dəvət edən səxs bildirdi ki “cənab nazirin vacib işləri olduğundan sizi qəbul edə bilməyəcək. Bayramdan sonra sizi görüşə dəvət edəcəyik”. Mən də qayıdılb gözləməyə başladım.”
Bayramdan sonra bir müddət gözləyən Əbülfəz Əliyev yenidən Rəfail Mirzəyevə müraciət edir: “Mənə bildirildi ki, cənab nazir K.Heydərov R.Aslanovla məni bərabər qəbul etmək istəyirmiş. Ancaq sonradan hansısa səbəbdən fikirindən daşınır. Və müavini Rəfail Mirzəyəvə göstəriş verir ki, R.Aslanova mənim pulumu qaytarmağı tapşırsın. Rəfail müəllimin dediyinə görə, həmin tapşırığı R.Aslanova catdırır”.yy

Ancaq R.Aslanov nazirin tapşırığını da icra etmir. Əbülfəz Əliyev də bir muddət gözlədikdən sonra, heç bir nəticə hasil olmadığını görüb, yenidən rəsmi ərizələrlə Fövqəladə Hallar nazirinə, onun müavinlərinə muraciət etməyə baslayır: “Bu müraciətlərdən sonra 01.05.2013-cü il tarixdə Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev məni qəbul etdi. Başıma gətirilən hadisə haqda ətraflı məlumat aldı. Sonda mənə bildirdi ki, narahat olma, her şey qaydasına duşəcək”.
Bir müddət də gözlədikdən sonra heç bir nəticə olmadığını görən Ə.Əliyev, 12.09.2014-cü il tarixdə bu dəfə ölkə başçısı cənab İlham Əliyevə rəsmi ərizə ilə müraciət edir: “Bu müraciətdən sonra 02.10.2014-cü il tarixdə Fövqəladə Hallar nazirinin birinci muavini Rəfail Mirzəyev, nazirliyin Daxili Təhqiqatlar Baş İdarəsinin rəisi Valeh Abdullayevlə birlikdə məni qəbul etdi. Orda mənə bildirildi ki, Rövşən Aslanov bu və digər əməllərinə görə, FHN-dən qovulmuşdur. Rəfail müəllim mənə bildirdi ki, R.Aslanovun işdən qovulmasında onun özünün və cənab nazirin mənim işim barədə verdiyi göstərişləri icra etməməsinin də müəyyən rolu olub. O, bundan sonra mənə hüqularımın bərpası üşün hüquq-mühafizə orqanlarına muraciət etməyi tövsiyə etdi.
Mənim yanımda Valeh Abdullayevə tapşırıq verdi ki, müvafiq qurumlara zəng edərək, R.Aslanovun işdən qovulduğunu bildirsin. Həmçinin xəbərdarlıq etsin ki, onun barəsində müraciətləri FHN-nə göndərməsinlər. O, artıq burada isləmir. Yəni, R.Aslanov ona etimad göstərərək yüksək vəzifəyə təyin edən rəhbərlərini də aldatmış, onlara xəyanət etmisdir”.uu
Əliyevin sözlərinə görə, dələduzluq və fırıldaqçılıqla məşğul olduğu üçün işdən qovulan R.Aslanovun indiyədək məsuliyyətə cəlb edilməməsinin səbəbi icra başcısı olan qohumlarının – Xızı Rayon İcra Hakimiyyətinin başçısı olan qardaşı Xəzər Aslanovun və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı olan qaynı İsmayıl Vəliyevin onu himayə etməsidir: “Onlar R.Aslanovu himayə edərək, onu bir növ başqalarının pullarını ələ keçirməyə həvəsləndirirlər. Buna görə onların da fəaliyyətinə nəzər salınmalı, R.Aslanovla şərikli bizneslərinin mənbəyi araşdırılmalıdır.”

Sonda Əbulfəz Əliyev əlində R.Aslanovun və dəstəsinin başqa ağır cinayətlər törətməsi barədə təsdiqedici materialların olduğunu da bildirdi: “R.Aslanov mənim kimi digər bir şəxsin də yarım milyon pulunu mənimsəyib. Lakin məndən fərqli olaraq, həmin adam artıq həyatda yoxdur. Həmin şəxsin müəmmalı və faciəli ölümü barədə məlumatları da açıqlayacağaam.”

Qeyd edək ki, Ə.Əliyev AzPolitika.info-ya bir neçə telefon danışığının səs yazısını da təqdim edib. Bu danışıqların birində Rövşən Aslanovun ailə üzvü yüksək vəzifəli bir generalla qohumluğunu dilə gətirərək, Ə.Əliyevi onunla hədələyir. Lakin bu audioyazıların dərindən araşdırılmasına ehtiyac var.

(Ardı var)

İ.İSMAYILBƏYLİ, AzPolitika.info

P.S. Əbulfəz Əliyevin açıqlamaları, ittihamları ilə bağlı R.Aslanovun və yazıda adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28887

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728