Azercell fırıldaqları

29.07.2015 - 00:45

Azercell1Məlumdur ki, mətbuatda mobil operatorların vətəndaşları yalançı mesajlarla aldatması və ya müxtəlif yollarla vətəndaşlara yaratdığı problemlərlə bağlı dəfələrlə yazılar dərc olunub. İndi isə “Azercell”-in vətəndaşları aldadaraq yalançı mesajlarnan qəpikləri necə milyona çevirməsi haqda yazacağıq.

Bir vətəndaş olaraq bu yalançı mesaja aldanaraq başıma gələnləri oxucularla bölüşmək istəyirəm. 14.07.2015-ci il tarixdə “Azercell” nömrəmə belə bir mesaj gəldi: “ 30MB-lıq İnternet paketinə abunə ol və ilk ay paketi pulsuz əldə et! Qoşulmaq üçün 20.07.2015 tarixinədək 2525-ə 30 yaz göndər”. Mən də “Azercell”-in bu yalançı mesajına inanaraq 18.07.2015-ci ildə qeyd olunan 2525 nömrəsinə 30 yazıb göndərdim. Balansımdan 1 qəpik çıxıldı və əvəzində mənə belə bir mesaj gəldi: “ Yanlış! İnternet paketləri üçün 50, 500, 1000, 5000, 10000, Limitsiz, 50+, Gün, Gün+, Gecə, 1 saat, 3 saat, Həftəsonu; 4G paketlər üçün 25GB, 50GB, 100GB göndər”. Mən də növbəti dəfə 50 yazıb 2525-ə göndərdim həmin vaxt balansdan yenidən əvvəl 1 qəpik, sonra isə 1 manat çıxıldı. Və internet paket aktiv olundu. Bu aldadıcı mesaja milyona yaxın istifadəçisi olan “Azercell” istifadəçilərinin hərəsi bir dəfə aldanaraq qoşulsa ilkin mərhələdə 1 qəpik ilə minlərlə manat, sonra isə növbəti qoşulmada balansdan çıxan 1 manatla milyonlarla manat əldə olunur. Qısa hesablama ilə bu nəticəyə gəlmək olar ki, milyona yaxın istifadəçisi olan “Azercell” 1 qəpik ilə minlərlərlə manat əldə edir, sonra isə bir manatla milyonlar əldə olunur. Burdan belə nəticəyə gəlmək olar ki “Azercell” həmin yalançı mesajla sadəcə öz istifadəçilərini aldadaraq balansdan pullarını “yeyir”.

Digər bir problemlə qarşılaşan vətəndaşın narazlığı isə xüsusilə diqqət çəkir. Bildiyiniz kimi bu günlərdə abituriyentlərin qəbul imtahanları keçirildi. Və bu imtahan sonrası ballarını öyrənmk üçün mobil operatorlardan iş nömrəsini müəyyən olunan 7727-yə göndərməklə imtahan nəticəsini bilmək olur. Bu xidmət mobil operatorlar üçün yaxşıca pul qazanmağa şərait yaratdı. Çünki hər sms üçün xidmət haqqı 0.23 qəpikdir. Hər sms üçün isə yalnız bir abituriyentin iş nömrəsini göndərmək olar. Yəni bir aildə iki abituriyent imtahan verirsə hərəsinə ayrı-ayrılıqda sms göndərmək lazımdır. Vətəndaşın narazılığı isə ondan ibarətdir ki, “Mən iş nömrəsini “Azercell” operatoru vasitəsilə müəyəyn olunan koda göndərdim balansdan hər sms üçün 23 qəpik tutuldu, ancaq cavab olaraq qeyd etdilər ki, ballar hələ tam hazır deyil hazır olan kimi sizə məlumat veriləcək. Səhəri gün ballar hazır olandan sonra mənə məlumat gəlmədikdə “Azercell” ilə əlaqə saxladıqda mənə bildirdilər ki, siz səhv göndərmisiz iş nömrəsi sistemdə görsənmir. Halbuki, göndərdiyim sms-də iş nömrəsi var. Onu da bildirim ki, əgər sms düzgün göndərilməyibsə niyə cavab olaraq qeyd etdilər ki, hələ ballar hazır deyil hazır olanda məlumat veriləcək. Həm də səhv olduğu halda balansımdan niyə pul tutuldu əvəzində də xidmət göstərilmədi”. Vətəndaşın haqlı narazılğından görmək olur ki, milyona yaxın istifadəçisi olan “Azercell” hər məqamda istifadəçilərin cibinə girmək üçün fürsət gözləyir.(Qafqaz Xəbər Agentliyi)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28899

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728