İstilər neçə gün davam edəcək?
Hazırda ölkə ərazisində müşahidə olunan günəşli, yağmursuz və isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinəm görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq, bəzi yerlərində 40 dərəcəyədək yüksələcək. “Bölgələrdə də yağmursuz hava şəraiti bir neçə gün davam edəcək. Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikası ərazisində 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti müşahidə ediləcək. Dağlıq ərazilərdə isə temperaturun 28-33 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır”.
G.Məmmədova bildirib ki, yaxın 2-3 gün ərzində zəif külək gündüz saatlarında havada durğunluğa səbəb olur. Bu da meteohəssas insanlar üçün əlverişsiz hava hesab edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=28934