ANS-in efirində dava- “Çaşma…”+Video

30.07.2015 - 10:44

rrTeleaparıcı Ülvira Qarayevanın təqdim etdiyi “Evdəyik” verilişində qalmaqallı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, verilişin qonağı olan əməkdar artist Elza Seyidcahan teleaparıcının ona “maraqlı insan” dediyi üçün qəzəblənib:

“Siz mənim xətrimə dəydiniz, kanala, qonaqlara hörmət etdiyim üçün verilişdə qaldım. Hörmətsizlik etdiniz, teleaparıcılara hər dəfə deyirəm ki, mənə “maraqlı adam” deməsinlər. Maraqlı adam başqa, sənətkar başqadır. Sən ağıllı qadınsan, sənə də mən öyrətməliyəm? İnsanın ruhunu öldürürsünüz. Yerləri səhv salmayın, çaşmayın. Mən sənin verilişinə gəlməmişəm, əvəzini çıxırsan”.

Seyidcahanın iradlarına Ülvira Qarayeva belə cavab verib: “Siz bizim ruhumuzu verilişə gəlməyərək 76 dəfə öldürmüsünüz. Bizim verilişə gəlmirsiniz, amma həmin gün başqa proqramda olursunuz. Mən sizdən incimirəm, sənətinizə, səsinizə hörmət edirəm. Kaş, Azərbaycanda məni “maraqlı insan” kimi tanısın”.

Daha sonra Elza Seyidcahan verilişi tərk edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29003

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031