Cəmil Həsənlinin 12 yaşlı nəvəsi prokurorluğa çağırıldı

31.07.2015 - 00:32

cemil-hesenli-qerargahMilli Şuranın sədri, professor Cəmil Həsənlinin 12 yaşlı nəvəsi Aytən Məmmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Cəmil Həsənli facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 30-da axşam saat 19:20-də evlərinə prokurorluq əməkdaşlarının geyindiyi formada olan bir nəfər gələrək, onlara bildiriş təqdim edib. Bildiriş Cəmil Həsənlinin avqustun 1-də 12 yaşı tamam olacaq nəvəsi Aytən Məmmədovaya ünvanlanıb. Sənəddə qeyd olunub ki, Aytən iyulun 31-də saat 16.00-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılır.
Bildirişi idarənin rəis müavini İbayev Pərviz Mansur oğlu imzalayıb.

“Mən Aytənin azyaşlı olduğunu bildirdim, nə məqsədlə onun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması ilə maraqlandım. Bundan sonra onu gətirən işçi Pərviz İbayevlə əlaqə saxlayıb bildirişi geri apardı. Deyəsən, Baş Prokurorluq ad günü münasibətilə Aytənə hədiyyə vermək istəyirmiş…”, – deyə Cəmil Həsənli qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728