İki övladı öldürülən ananın fəryadı:aqatil bank işçisini cinayətdən yayındırılır

31.07.2015 - 01:53

hebs1Bu ilin yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimov qardaşlarının qətli ilə bağlı istintaq hərəkətləri düzgün aparılmır. Zərərçəkmişlərin hüquqi varisinin nümayəndəsi, tanınmış vəkil Ceyhun Yusifov bildirib ki, bu il yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimovlar “Standartbank”ın işçisi, 1984-cü il təvəllüdlü Zaur Tərlanov “Vinçester” markalı odlu silahla bir neçə dəfə atəş açıb, qardaşlar maşında dünyalarını dəyişib.

Vəkilin sözlərinə görə, cinayət işi üzrə istintaq hərəkətləri aparılmır. O bildirib ki, istintaq Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Yusif Novruzov tərəfindən gecikdirilir: “Buna səbəb isə cinayət işi üzrə təqsirləndirilən Zaur Tərlanovun polisə xəsarət yetirməsi ilə bağlı barəsində başlanan Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə verilməsi nəzərdə tutulan cəzadan yayındırmaq məqsədi daşıyır. İlk gündən cinayət işində təqsirləndirilən şəxs məlum olsa da, istintaq 8 aydır yubadılır və iş qəsdən məhkəməyə göndərilmir. Bu da iki oğlu öldürülən Niyar Rəhimovaya istirab verir”.

Ceyhun Yusifov deyib ki, qətli törədən şəxs cəmiyyətdə öz üstünlüyünü nümayiş etdirmək üçün belə bir ağır cinayəti törədib. Cinayətdən az müddət əvvəl də Zaur Tərlanov öz üstünlüyünü nümayiş etdirərək Sahil qəsəbəsində polis əməkdaşına müqavimət göstərib, ona qarşı da cinayət törədib: “Barəsində cinayət işi başlansa da sonda hansısa qaranlıq səbəbdən məsuliyyətdən kənar qalıb. Nəticədə Zaur Tərlanov cəzasızlıqdan ruhlanaraq öz çirkin fəaliyyətini davam etdirib və məlum faciəni törədib. Əgər hüquq-mühafizə orqanları polis əməkdaşı Eldar Tahirova qarşı törədilmiş cinayətin adekvat cəzasını vermiş olsaydılar, məlum hadisə baş verməzdi. Bu da cəzasızlığın faciəvi sonluğudur. Bu qətl xüsusi amansızlıqla törədilib. Bir qardaşın gözü qarşısında digər qardaş qətlə yetirilib. Qatil əvvəlcə Cavidi vurub. Cahid güllələrdən yayınmaq, qaçmaq istədikdə ona da atəş açıb. Əgər Zaurun Cavidlə hər hansı bir problemi var idisə, Cahidi niyə öldürürdü? Bu adam bütöv bir ailəni məhv edib, gözüyaşlı qoyub. Bu cür amansızlıq edən qatil layiqli cəzasını almalıdır”.

Mərhum Rəhimovların anası Nigar Rəhimova işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün müvafiq qurumlara, eləcə də baş prokuror Zakir Qaralova müraciət edib. Zərərçəkmişlərin hüquqi varisləri Nigar Rəhimova və Abdulla Rəhimov müraciətlərində qeyd ediblər ki, övladları 8 yanvar 2015-ci il tarixdə, saat 16:45 radələrində yolda hərəkət olarkən 1984-cü il təvəllüdlü Zaur Tərlanov tərəfindən avtomobillərinin qarşısı kəsilərək hər ikisi xüsusi amansızlıqla qətlə yetirilib: “Bir müddət sonra isə Cavid Rəhimovun və Cahid Rəhimovu xüsusi amansızlıqla qətlə yetirərək həyatlarından məhrum edib. Ən böyük faciə isə odur ki, körpə övladlar yetim qoymuş təqsirləndirilən şəxsin əməlinə hələ də düzgün hüquqi qiymət verilməyib, onun etdiyi əmələ uyğun olan adekvat cəzadan yayındırılmasına şərait yaradılıb. Yəni istintaq orqanı tərəfindən süni şəkildə cinayətin motivi dəyişdirilib, təqsirləndirilən şəxsin əməlinə “namus” donu geyindirilməklə yüngül cəza alınması üçün çalışılır. Bu səbəblə də istintaq orqanı işə qərəzli baxır, həm təqsirləndirilən şəxsi, həm də cinayətin törədilməsində adı çəkilən xanımı səciyyələndirən hallar qərəzli olaraq araşdırılmır. Bu hal isə bizim cəmiyyətdə cinayətkarın cinayətkar kimi deyil məhz “qəhrəman” kimi qələmə verilməsinə və bununla da cinayətkarların layiq olduqları cəzadan kənarda qalmasına gətirib çıxarır. Beləliklə də cəmiyyətdə cinayətkarların cəzasız qalacaqları fikri formalaşır və cəzanın qisas formasına keçməsinə gətirib çıxarır. Odur ki, cinayət işinin obyektiv araşdırılmasının, təqsirləndirilən şəxs Tərlanov Zaur Ənvər oğlunun layiqli cəza almasının təmin edilməsini və məsələnin araşdırılmasına əsaslı şəkildə təsir göstərə biləcək bəzi xüsusatları nəzərinizə çatdırmaq üçün bizi qəbul etməyinizi Sizdən xahiş edirəm”.

Nigar Rəhimova daha sonra qeyd edib: “Övladlarımın hər ikisini vətənə layiq şəkildə böyütmüşdüm. İkisi də sakit təbiətli, inanclı idi. Cahidin iki azyaşlı uşağı, Cavidinsə 6 aylıq körpəsi yetim qalıb. Qatil öz cinayət əməlinə don geyindirmək üçün qətli namus üstə törətdiyini deyirdi. Halbuki hadisənin əsl mahiyyəti başqadır. Yaxından tanıdığım Xanım adlı qadın mənə zəng vurub Zaur Tərlanovun onu məcburi olaraq saxladığını, ona işgəncə verdiyini deyərək köməklik etməyimi israrla xahiş etdi. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət gördüm. Xanım isə eyni yalvarışla oğlum Caviddən də bu iztirablardan xilas olmaq üçün kömək istəmişdi. Zaur Xanımın telefonunda bizim nömrələri gördükdən sonra oğlumun ona kömək edəcəyi qənaətinə gələrək bir qrup şəxslə onu vəhşicəsinə döymüşdü. Çox təəssüf ki, oğlum bu barədə hüquq-mühafizə orqanlarına xəbər vermədi. İnanclı olduğuna görə Zaurun bu hərəkətə görə nə vaxtsa peşman olacağını düşünürdü. Amma Zaur daha da vəhşiləşərək oğlumu güdməyə başlayıb, onu öldürmək qərarına gəlib. Nəticədə hər iki oğlumu bir anda həyatdan məhrum edib, onların balalarını yetim qoyub. Bizə ən ağır acı olan övlad acısı yaşadıb. Bir valideyn kimi özümə heç

cür təsəlli tapa bilmirəm. İşin istintaqında qeyd olunmuş hallar nəzərə alınmır və qərəzli şəkildə Zaur Tərlanovun vəziyyətini yüngülləşdirmək məqsədilə cinayət işi onun xeyrinə olacaq şəkildə aparılır. Onu da qeyd edim ki, qatil Zaur Tərlanov İlahə adlı şəxslə 10 ilə yaxındır ki, ailə qurub və birgə nikahdan 3 uşağı vardır. Onunda ailəsi və üç uşağı ola – ola Xanım adlı şəxsə işgəncə verməklə öz çirkin niyyətlərinin alətinə çevirmişdi. Zaurun valideynləri yas içində olmağıma baxmayaraq mənə əzab vermək üçün barəmizdə şər-böhtan xarakterli məlumatlar yayır, öz dərdimizi çəkməyə imkan vermirlər”.

Xatırladaq ki, “Lexus” markalı avtomobilin içində olan Cavid və Cahid Rəhimov qardaşlarını “Standartbank”ın işçisi, 1984-cü il təvəllüdlü Zaur Tərlanov “Vinçester” markalı odlu silahla bir neçə dəfə atəş açaraq qətlə yetirib

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930