“Qarabağ”-“Seltik” oyununa bilet satışı niyə dayandırılıb: SƏBƏB

03.08.2015 - 01:24

rrÇempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Şotlandiya “Seltik”i ilə keçirəcəyi cavab görüşünün biletləri satışa çıxarıldığı gün dayandırılıb. Bu barədə Ağdam klubunun yaydığı bəyanatda bildirilir.

Klubun saytında yayılan bəyanatda deyilir: “Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi “işbazlar” qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb”.

Satış sabah səhərdən etibarən bərpa olunacaq. “Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: “Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız”.

Qeyd edək ki, avqustun 5-də Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” oyunu saat 21:30-da başlanacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29150

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930