İbrahim Nehrəmlinin aldadıb pulunu yedikləri və ilahi ədalət

03.08.2015 - 02:54

publika.az14018086731386491968_haci-ibrahim-nehremliAzərbaycanın futzal çempionatının qalibi olan “Xəzər adaları” dağılsa da, oyunçulara və məşqçilərə olan borc ödənilmir. Cumhuriyyet.az Komanda.az-a istinadən xəbər verir ki, klubun sahibi Hacı İbrahim Nehrəmlinin məşqçi heyətinə və futzalçılara 70 min manatadək borcu qalıb.
İyulun 27-də “Xəzər adaları” komandasının baş məşqçisi Elnur Qəmbərov, onun köməkçisi və komandanın kapitanı Nehrəmliylə görüşüb. Görüşdə borc məsələsi müzakirə olunub və Hacı İbrahim borclu olduğu şəxslərə söz verib ki, iyulun 30-da pullarını ödəyəcək. Baş məşqçi, köməkçisi və kapitan iyulun 30-da Hacı İbrahimin ofisinə baş çəkiblər. Görüşdə “Xəzər adaları”nda çıxış etmiş bütün yerli futzalçılar da iştirak edib. Ancaq Hacı İbrahim pulu verə bilməyəcəyini, yaxşın müddətdə problemi həll edəcəyini deyib.
Cumhuriyyet.az onu da xatırladır ki, bu adını hacı qoyub, konyak içməyi ilə fəxr edən İbrahim Nehrəmlinin aldadaraq pulunu qaytarmadığı ilk zərərçəkənlər deyil. 4 ildən çoxdur ki, İbrahim Nehrəmliyə məxsus olan “Avesta” şirkətindən 2 mənzil alan, lakin evləri qanunsuz olaraq əlindən alınan qazaxlı iş adamı Elşad Məmmədov ölkəni tərk edib. İ.Nehrəmli və onun “Avesta” şirkəti iş adamının 355 min manat pul ödədiyi iki mənzili mənimsəyib, onun pulunu qaytarmadı. Zamanında E.Məmmədov ən yüksək dövlət qurumlarına müraciət etdi, amma heç bir nəticə olmadı. Əksinə Nehrəmli hər dəfə müxtəlif adamlar vasitəsi ilə ona zəng vurub, təhdid edib və iş adamını “Bandotdel”lə hədələyib. Amma zaman keçdi və İbrahim Nehrəmlinin özü “Bandotdel”ə aparıldı. Bunu elə ilahi ədalət hesab etmək də olar…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29174

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930