Bakıda təhlükə anbaan artır (VİDEO)

06.08.2015 - 04:05

bakiPaytaxtda sürüşmə təhlükəsi olan zonalarda yoxlamalar aparılır. Məlum olub ki, Zığda sürüşmə aktivləşib, fərdi yaşayış evlərində çatlar dərinləşib. ANS TV-nin məlumatına görə, Zığ sürüşmə zonasında təhlükə anbaan artır. Həmin ərazidə kanalizasiya sularının axıdılması üçün quyular qazılıb ki, bu da sürüşmə prosesinə təsir edir. O cümlədən də həmin zonadakı süxurlar həddən artıq zəifdir, çox bərkiməyib. Su dəyəndən sonra tamamilə yumşalır.

Baş geoloq Ələmdar Piriyev bildirdi ki, Zığ sürüşmə sahəsində sürüşmənin qarşısını almaq üçün hər hansı hamarlama işləri, divar çəkmək mümkün deyil. Buna görə də orada yaşayan əhalinin köçürülməsi mütləqdir. Ötən ay Zığ bir sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,7sm olan yeni çatlar əmələ gəlib və ayrı-ayrı hissələrdə, lokal sürüşmə sahələrində aktivləşmələr müşahidə olunub:

“Lokal sürüşmə sahələrində aktivləşmə yəqin ki, quraqlıqla əlaqədardır. Belə ki, torpaq sahəsində quruluq əmələ gəlir, nəticədə çatlar genişlənir. Eyni zamanda əhali bütün çirkab suları sürüşməyə meyilli əraziyə axıdır. Hazırda ərazidə azda olsa ağaclar və əkin sahələri suvarılır. O cümlədən kanalizasiya sularının axıdılması üçün quyular qazılıb”.

Baş geoloq onu da bildirdi ki, Zığ yamacındakı sürüşmə tektonik qırılmalarla əlaqədar olan sürüşmə sahəsidir. Həm də oradan iki tektonik qırılma keçir. Zığa sonradan əhalinin köçməsi, çirkab sularının əraziyə axıdılması və yağış sularının təsirindən proses daima aktivləşir. Digər sahələr də isə güclü aktivləşmə hələ ki, müşahidə olunmur.

Short URL: http://www.cumhuriyyet.net/?p=29347

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728