Bakı metrosunda yeni kartlar köhnəni “kəsdi”

06.08.2015 - 12:14

1438842443_11855476_732940760151513_1793088_nBakı Metropoliteni”ndə avqustun 8-dən yeni kartlar istifadəyə verəcək.

BAKU.WS-in məlumatına görə, 20 qəpik dəyərində olan müvəqqəti kartlar kağız formasındadır. Bu kartlar metrodan az istifadə edənlər və Bakıya qonaq gələnlər üçün nəzərdə tutulub. “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarından istifadə olunduğu gündən 45 gün ərzində yalnız 4 dəfə istifadə etmək mümkündür.

“BakuBus”MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək kartlar da avqustun 8-dən istifadəyə veriləcək. Sentyabrın 30-a qədər köhnə metro kartları da istifadə olunacaq.

Avqust ayının 15-ə kimi köhnə meto kartlarını geri qaytarmaq olar. Avqustun 15-dən sonra köhnə kartların sərnişinlərə satışı dayanacaq. Yeni kart alanda köhnə kartdakı pul həmin karta köçürüləcək.

“BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar. “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartları heç bir halda geri qaytarılmır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29369

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728