YAP-çılar kütləvi şəkildə işdən çıxarılır

06.08.2015 - 12:30
443659_463233Bakı Beynəlxalq Dəniz Ticarət Limanında kütləvi ixtisarlar başlayıb. Bu barədə redaksiyamıza qurumdakı mənbələr məlumat verib. Məlumatda deyilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni baş direktoru Taleh Ziyadov bu vəzifəyə təyinatından bir müddət sonra kollektivin sayını azaltmağa başlayıb. Məlumatda deyilir ki, işçilərin sayı 700 nəfərdən 250-300 nəfər endirilib.
Maraqlıdır ki, Taleh Ziyadovun çıxardığı işçilər əsasən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Məlumata görə, Taleh Ziyadov ilk olaraq işçilər arasında böyük nüfuza malik, həmkarların sədri Şahin Orucovu işdən çıxarıb. “Daha sonra yük rayonu rəisi Xaləddin müəllim, baş mühasib Ilham müəllim, kadrlar idarəsinin rəisi Əlimədət müəllim, 1-ci ”otdel”in rəisi Ismayıl Quliyev işdən çıxarılıb. Qeyd edim ki, Əlimədət müəllim deputat Novruz Aslanın qardaşıdır”,-deyə mənbə bildirib.
Qaynağımız əlavə edib ki, Taleh Ziyadovun ixtisarları nəticəsində mühafizə xidmətinin Rza adlı qrup rəisi dünaysını dəyişib. O, işdən çıxarıldığına görə infarkt keçirərək vəfat edib.
Məlumatda deyilir ki, Taleh Ziyadovun ixtisarları qurumda gərginliyə səbəb olub.
Xatırladaq ki, Taleh Ziyadov ötən ilin noyabrında Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baş direktor təyin olunub. O, Elçin Mirzəyevi əvəz edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29385

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728