“Avrasiya Hərəkatı”- ənənəvi müxalifətə qarşı yeni qüvvə

07.08.2015 - 15:35

11857612_1095262937169110_1268517967_nAzərbaycanda parlament seçkiləri öncəsi siyasi mühitdə qəribə süstlük müşahidə olunur. Belə bir şəraitdə yaradılan “Avrasiya hərəkatı” açıq səmada ildırım təsiri bağışladı. Yeni elan olunan “Avrasiya hərəkatı” ilə ötən prezident seçkiləri öncəsi yaradılan “Milyarderlər İttifaqı” arasında müəyyən paralellik aparılır. Ancaqunutmaq olmaz ki, RATİ daha çox ictimai-siyasi proseslərə təsir etməklə Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmağa can atırdısa, “Avrasiya hərəkatı” adı altında yaradılan yeni təşkilatın hərbi-siyasi üsullarla buna nail olmağa çalışacağını istisna etmək mümkün deyil. “Milyarderlər İttifaqı”nın rəhbərləri biznes adamları idisə, “Avrasiya hərəkatı” adı altında yaradılan yeni təşkilatın rəhbərləri güc strukturlarında çalışmış, birbaşa hərbi-siyasi hakimiyyətdə təmsil olunmuş şəxslərdir. Rütbə sahibləri isə biznesmenlərdən fərqli olaraq qeyri-ciddi projelərdə yer almırlar. Bu sırada onu da bir məsələni də xatırladaq ki, ötən ay Abbas Abbasov “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilatın rəsmən buraxıldığını elan etdi. Abbas Abbasovun, rüstəm İbrahimbəyovun və digər tanınmışların da bu hərəkatda yaxından iştirak edəcəyi, əsas fiqurlardan olacağı indidən istisna edilmir. Əslində hazırkı həssas dönəmdə baş verənlər və belə bir təşəbbüsün ortaya çıxması təsadüfi deyil. Belə bir hərəkat Qərbin Azərbaycan hakimiyyətinə təzyiqlərinin gücləndiyi bir dövrdə yaranır. Amma baş verənlərdə diqqət çəkən daha bir maraqlı məqam irəli sürülən təşəbbüsə rəsmi səviyyədə reaksiya verilməməsidir. Artıq bununla neçənci dəfədir ki, Azərbaycan hakimiyyəti Rusiya ilə bağlı təşəbbüslərə, proyektlərə susur, heç bir reaksiya verilmir. Bu isə bir daha göstərir ki, Azərbaycan hakimiyyəti Rusiya iqtidarı ilə qarşıdurmaya keçmək cəsarətinə sahib deyildir.

Heç şübhəsiz Azərbaycanda Avrasiya Hərəkatı yaradılması bölgədə baş verənlərlə bağlıdır. Rusiya postsovet məkanındakı mirasa sahiblənməyə və dünyanın postsovet dövrü üçün bölüşdürülməsindən narazı olduğunu göstərməyə çalışır. Buna müvafiq olaraq keçmiş sovet ölkələrində müəyyən düşərgələr meydana çıxır. Amma Nəriman  Imranov və Ilqar Qasımovun yaratdığı birliyi Rusiyanın Azərbaycanda təmsilçiləri adlandırmaq tez olardı. Çünki Azərbaycandakı siyasi proseslər 3-cü qüvvənin varlığını çoxdan zəruriləşdirib və yeni yaranan qurumu da bu zərurət kimi qəbul etmək olar. Bütün baş verənlərdə isə diqqət çəkən və təəccüb doğuran müxalifətin reaksiyasıdır. Belə ki, həm çıxışlarında həm də media səhifələrində bir birinə qarşı savaş aparan qüvvələr “Avrasiya hərəkatı” məsələsində ortaq mövqedən çıxış etdilər. Bu mövqe isə daha çox qorxu hissindən irəli gəlir. Çünki yeni qüvvənin müxalifəti monopoliyaya alan şəxsləri sıradan çıxarmaq ehtimalı var. “Siyasi karyera” ifadəsini dırnaqda yazıram, axı daha bunu ciddi qəbul etmək çətindir. Ən başlıcası, müxalifətdə yeniliklərə və yeni adamlara start vermək cəsarəti tapılmadı. Hərəyə bir ad yapışdırdılar, sanki müxalif partiyada başçı, yaxud aparıcı sima dəyişsəydi, əvvəlki lider asılı duruma düşəcəkdi. Gülməlidir, deyilmi?!.

Yəni müxalifətin bundan da asılı və zəif halını təsəvvür etmək mümkündür? Necə deyərlər, islanmışın yağışdan nə qorxusu? Beləcə, ümid yalnız “siyasi sövdələşmə”lərə qalıb. Yalnız sövdələşmələr və hətta deyərdim ki, siyasi alver müxalifəti yenidən gündəmə gətirə bilər. Amma “sövdələşmə” də, “alver” də güclü tərəflə aparılar. Azərbaycan müxalifəti indi güclü tərəf deyil. Belə vəziyyətdə heç şübhəsiz ənənəvi müxalifət yeni qüvvədən çəkinir və hətta bir birinə düşmən olanlar da ortaq mövqedən çıxış edir. Belə bir şəraitdə hələ ki, “Avrasiya hərəkatı”nın rəhbərliyi susur, görünür onlar ümumi sözdənsə real işə üstünlük verir….

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29409

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031