Hüquq müdafiəçisinin oğlunun Apelliyasiya məhkəməsi başlayıb

12.08.2015 - 01:28

oqtaygBakı Apelliyasiya Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gulalıyevlə bağlı məhkəmə prosesi başlayıb. Məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi kollegiya baxır.
Bundan öncəki məhkəmə proseslərində müdafiə tərəfinin bir çox vəsatətləri, o cümlədən apelliyasiya məhkəməsinin məhkəmə istintaqı ilə aparılması, şahidlərin, zərərçəkənin məhkəmədə ifadə verməsi, iş materiallarına əlavə edilmiş video görüntüyə baxış keçirilməsi, məhkəmə prosesinin video çəkilişlə aparılması və s. barədə vəsatətləri qəbul etməyib.
Bu günkü məhkəmə prosesi təxirə salınıb və növbəti məhkəmə avqust ayının 24-ə təyin edilib. Məhkəmədə şikayətçi iştirak etməyib və ümumiyyətlə o, şikayətçi olmadığını bildirərək məhkəmə proseslərində iştirakdan imtina edib.
Xatırladaq ki, Əlgüşad Gülalıyev Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə ittiham edilərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Əlgüşad Gülalıyev özü 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə Ə. Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qəti- imkan tədbiri seçilib. Cinayət İşinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsi aparıb. Əlgüşad Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbus O. Gülalıyev Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı qadağan olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=29434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728