Ölkədə kabel televiziyalarının qiyməti artdı

18.08.2015 - 11:19

Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketə vahid tarif – aylıq 10 manat – tətbiq edir. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

kaMənbə bildirib ki, bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır: “Kabel operatorlarının tarifləri 2006-cı ildən dəyişməyib. Operatorlar tərəfindən baza televiziya paketinə vahid tarifin tətbiq edilməsi məsələsinə çoxdan baxılırdı. Bu son dərəcə iqtisadi addımdır. Belə ki, kabel operatorları xarici kontenti, həmçinin lazımi texniki avadanlığı dollarla alır”.

Baza TV-paketin qiymətinin artması ilə bağlı məlumatı “B&BTV Communications”, “ATV Plus”, “Smart TV Plus”, “KATV1”, “AileTV” və “Connect” şirkətləri təsdiqləyib.

Baza TV-paketin hansı dəyişikliklərə məruz qalması məsələsinə gəldikdə isə, hər operatorda bu fərqli olacaq. Məsələn, “KATV1” müəyyən kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. “AileTV” abunəçiləri də eyni imtiyazı qazanacaq.

Bundan başqa, “AileTV”-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda “Aile+” paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir. Sentyabrın 1-dən “ATV Plus”, “B&BTV Communications, Connect” operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930