Tarif Şurası Bakı-Sumqayıt qatarında gediş haqqı ilə bağlı qərar verəcək

18.08.2015 - 11:57
qatarBakı-Sumqayıt istiqamətində istifadəyə veriləcək sərnişin qatarlarında gediş haqqı ilə bağlı müraciət Tarif Şurasında araşdırılır”. Bunu Modern.az saytına İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev deyib.
O qeyd edib ki, müraciət Tarif Şurasının gündəliyinə salınacaq: “Növbəti kollegiya iclasında müzakirədən sonra müvafiq qərar qəbul olunacaq. Qiymət müəyyənləşəndən sonra ictimaiyyətə məlumat veriləcək”.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Bakı-Sumqayıt qatarında gediş haqqının 50 və ya 70 qəpik ola biləcəyini açıqlayıb.
Bakı-Sumqayıt xəttinə buraxılacaq “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodun məxsus qatarlar  mövcud istiqamətdə sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub.
Bildirilir ki, sərnişinlərin Bakıdan Sumqayıta çatdırılması cəmi 40 dəqiqəyə başa gələcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29619

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930