Nazirlikdən Göygöl açıqlaması: “Biz camaatla bacarmırıq”

18.08.2015 - 13:38

ggEkologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının zibillənməsilə bağlı məsələyə aydınlıq gətirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın BAKU.WS-ə verdiyi məlumata görə, qoruğa çoxsaylı insanlar gəlir. Onların da çoxu təmizliyə riayət etmirlər.
Qoruğun rəhbərliyi də, işçiləri də ərazidə təmizliklə məşğuldurlar. Hərə əlinə bir sellafan torba alıb zibilləri yığırlar. İndi o boyda ərazidə hər kəsin dalınca düşüb bir-bir yerə atdıqları zibili təmizləmək də mümkünsüzdür axı. Biz onlarla bacarmırıq”, – deyə İradə İbrahimova bildirib.
Nazirlik rəsmisi deyir ki, çox vaxtı da qoruq işçiləri kobudluqla qarşılaşırlar: “Deyəndə zibili yerə atmayın, vətəndaş qayıdır ki, pul vermişəm, rahat istirahət edirəm. Mənə mane olmayın. Canınız çıxsın təmizləyin. İndi 2 manat ödəyirlər deyə ərazini zibilləməlidirlər?”.
Əraziyə zibil qutularının qoyulmaması ilə bağlı məsələyə gəlincə, İradə İbrahimova deyir ki, deyilənlər bir qədər düzgün deyil: “Ərazidə zibil qutuları var. Sadəcə Maralgöl ərazisində zibil qutuları yoxdur. Orada bu gün qoyulacaq. Qalan ərazilərdə addımbaşı zibil qutuları var. Yenə də zibillərini qutuya yox, yerə atırlar”.
Qeyd edək ki, bir həftə bundan qabaq açılan Göygöl Milli Parkının ərazisi zibilxanaya çevrilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29649

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728