Cavid Hüseynovun ittiham olunduğu maddə əsassızdır – Hüquqşünas rəyi

19.08.2015 - 13:00

mehmanmuradliDeməli, 1986-cı ildə Mixail Qorbaçovun antialkoqol qərarından sonra ittifaq ərazisindəki şərəbçılıq zavodları təyinatını dəyişməyə başladı və əksəriyyəti şirələr istehsal etdi. Təkcə Azərbaycanda şərabçılıq zavodlarında yığılan şüşə butulka və balonlar buldozerlərin vasitəsiylə çilik-çilik edildi. Üzümçülük sovxozları yerlə-yeksan edildi. Əmr yuxarıdan gəlmişdi, alkoqolizmin axırına çıxmalıydılar.

Belə baxıram vəziyyət dəyişməyib. Cavid Hüseynovun ətrafında baş verən məlum hadisədən sonra onun saxta ittihamla həbs edilməsi, futbolçuya salam verən və salamını alan insanların istintaqa cəlb edilməsi vəziyyətin bir o qədər də ürəkaçan olmadığını göstərir. Çünki ölkə başçısı bu işi öz nəzarətinə götürüb.

Cavidin günahsız və ya günahkar olmasına dair bu yazıda toxunmayacam. Tanıyanlar bu məsələylə bağlı mövqeyimi bilir. Əksəriyyət kimi “like” üçün nəsə yazmıram. İldə 5-6 dəfə aborta gedənlərin bu məsələdə kimisə günahlandırması qədər absurd heç nə yoxdu. Və yaxud o düşərgədən bu düşərgəyə hoppananların yazdıqları cızma-qaralarında kimisə təhqir etməsi qədər də absurd heç nə yoxdu.

Cavidin ittiham olunduğu maddədən başlayaq. Hüseynov cinayət məcəlləsinin 307.1 və 307.2-ci maddələriylə təqsirləndirilir. Həmin maddə dispoziyisında göstərilir: ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə. Məntiqsizlik burdan başlayır. İddia olunur ki, Cavidlə ölən reportyor arasında virtial “söz davası” olub. Bunlar telefon danışığından sonra razılığa gəliblər və məsələ çözülüb. Sonradan nə baş veribsə, Cavidin qohumları gedib Rasim Əliyevi çağırıblar. Orda əvvəlcə nə baş verməsi haqqında heç kimdə (əlbəttə, istintaqdan başqa) məlumat yoxdu. Sonda dava olub, Rasimi döyüblər və “qoçaqlar” geri qayıdıb.cavid2

Əvvəla, Cavid bu cinayətin hazırlanmasını bilirdisə, deməli, cinayətin iştirakçısı olmalı idi. İstintaq Cavidə bu ittihamı irəli sürməyib. Deməli, maddənin “hazırlanmasını” hissəsi Cavidə şamil edilə bilməz. Qanunvericilik də bunu deyir. Cinayət məcəlləsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.

Keçək maddənin “cinayətin törədilməsinin xəbər verilməməsi” hissəsinə. Hadisə baş verən günü Cavid xəstəxanaya gedib və Rasimlə görüşüb. Rasim xəstəxanaya yerləşibmişsə, deməli, hüquq-mühafizə orqanlarının cinayətdən xəbərləri artıq var idi. Çünki bu cür vəziyyətlərdə xəstəxana hüquq-mühafizə orqanına xəbər verməyə borcludu. Bu hal da göstərir ki, Cavidə verilən ittiham düzgün deyil.

Nəzərə almaq lazımdı ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burda təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdı. Məhz zərərçəkmişin həyatı üçün mühüm olan orqana xəsarət yetirilməsi hələlik məlum deyil. Çünki ekspertizanın rəyi açıqlanmayıb.

Mehman Muradlı, Hüquqşünas

P.S. Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq. Heraklit belə deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29680

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728