Dərslərin başlanma saatı dəyişərsə… – Ekspert

20.08.2015 - 11:22

mela“Bakıda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün məktəblərdə dərs vaxtlarının dəyişdirilməsi təklifi düzgün deyil”

Bu sözləri axar.az-a təhsil üzrə ekspert Məlahət Mürşüdlü Nazirlər Kabinetinin Bakıda nəqliyyat sıxlığını nəzərə alaraq məktəblərdə dərs vaxtının dəyişdirilməsi üçün Təhsil Nazirliyinə protokol göndərməsi xəbərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, təklifi irəli sürərkən nəqliyyat sıxlığı nəzərə alınırsa, iki və daha çox uşağı məktəbdə oxuyan valideynlər də nəzərə alınmalıdır:

“Dərslərin başlaması ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı danılmazdır. Ancaq bu sıxlığı məktəblərdə dərs vaxtlarının dəyişdirilməsi ilə aradan aldırmaq, məncə, düzgün deyil. Xüsusilə yuxarı siniflərlə aşağı siniflər arasında dərs saatlarında fərq olmamalıdır. Həm özü işləyib, həm də uşaqlarını məktəbə aparan valideynlərə ayrı-ayrı vaxtlarda uşaq yola salmaq və ya aparmaq çətinlik yaradır”.

Ekspertin fikrincə, burada əsas diqqət edilməli məqam psixoloji amillərdir:
“Xüsusilə aşağı sinif şagirdləri üçün dərs vaxtının dəyişməsi düzgün deyil. Həmişə bir vaxtda yuxudan durmağa öyrəşmiş uşaq üçün yeni vaxta alışmaq problem yaradır. Burada uşağın psixoloji durumu və bunun dərslərinə təsiri nəzərə alınmalıdır. Ümumiyyətlə, məktəblərdə bütün siniflər üçün dərs vaxtı eyni olmalıdır, birinci və ikinci növbə anlayışı ləğv edilməlidir. Saat 8:15 dərslərin başlaması üçün ən uyğun vaxtdır”.

Xarici təcrübəyə diqqət çəkən ekspertin fikrincə, bir çox ölkələrdə dərs vaxtlarını nazirlik müəyyən etmir:
 “Xarici ölkələrdə, xüsusilə qonşu Türkiyədə məktəblərdə dərs vaxtını Təhsil Nazirliyi müəyyən etmir. Hər bir dövlət və özəl məktəbin özünün xüsusi dərs saatı var. Belə olduğu təqdirdə dərslərin başlaması nəqliyyatın birdən yüklənməsinə səbəb olmur”.   Qeyd edək ki, Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının 30 iyun tarixli 1 saylı protokolunda qərar qəbul olunub və bu qərar müxtəlif dövlət qurumlarına, o cümlədən də Təhsil Nazirliyinə göndərilib. Protokolda yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirilməsi təklif olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=29775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728