Azərbaycanlı qadınları Dubaya aparan şəxs axtarışa verildi

20.08.2015 - 13:09

FAIAzərbaycan insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

Lent.az bildirir ki, axtarışa verilən Sevinc Xəlilovanın 50 yaşı var.

O, Azərbaycan dili ilə yanaşı rus və ərəb dilini də mükəmməl bilir. Sevinc Xəlilovanın gözləri qəhvəyi rəngdədir, boyu isə 1 metr 58 santimetrdir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi.

İnsan alverinin qurbanı olmuş qadınlar isə S.Xəlilova və ətrafındakı şəxslər tərəfindən Birləşmiş Ərəb Əmirliklərində fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.

O da bildirilir ki, S.Xəlilova daimi olaraq Dubayda yaşayır və Azərbaycana gəlmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=29807

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728